Icma.az
close
up
RU
Cənubi Qafqaz sülh prosesində yeni faktor: Paşinyanın Vaşinqton addımı

Cənubi Qafqaz sülh prosesində yeni faktor: Paşinyanın Vaşinqton addımı

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda postmünaqişə mərhələsinin hələ tam formalaşmadığı bir dövrdə regiondaxili və regiondan kənar aktorların təşəbbüsləri diqqətlə izlənir. Ermənistanın baş naziri Nikol Paşinyanın Donald Trampın təşəbbüsü ilə yaradılan “Gaza Peace Council”ə qoşulması bölgədə yeni siyasi-diplomatik dinamikanın formalaşdığını göstərir. Bu addımın regional sülh prosesinə və böyük güclərin Cənubi Qafqazdakı diplomatik yanaşmalarına hansı istiqamətdə təsir göstərəcəyi əsas müzakirə mövzularındandır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Donald Trampın yaratdığı şuraya qoşulmaq Ermənistan üçün Qərbə yaxınlaşmaq baxımından əsas zəminlərdən biri kimi qiymətləndirilə bilər. Ümumilikdə isə Donald Trampın ABŞ-də hakimiyyətə gəlişindən sonra dünyanın bir çox bölgələrində olduğu kimi, Cənubi Qafqazda da yeni geosiyasi reallıqlar formalaşmağa başlayıb. Artıq Cənubi Qafqaz regionunun ABŞ ilə yaxınlaşması prosesi sürətlənir.

Politoloqun sözlərinə görə, xüsusilə nəzərə alsaq ki, Co Bayden administrasiyası dövründə ABŞ-nin Cənubi Qafqaz siyasətində birtərəfli yanaşma müşahidə olunurdu. Bu dövrdə əsasən Ermənistana daha çox üstünlük verilirdi. Dövlət katibi Entoni Blinkenin və Prezident Baydenin siyasi xətti də əsasən Ermənistan yönümlü idi. Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri gərgin, Gürcüstanla əlaqələr isə kifayət qədər zərərli vəziyyətdə idi. Faktiki olaraq, ABŞ Gürcüstanla münasibətlərdə ciddi səhvlərə yol vermişdi:

"Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra Tbilisi ilə münasibətlərdə yüksəliş müşahidə olunur. Eyni zamanda Azərbaycanla münasibətlərdə də hazırda yüksək dinamika formalaşıb. ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Vaşinqtonda paraflanması bu prosesin bariz nümunəsidir".

Zeynal Əmrəliyev: Cənubi Qafqaz regionunun ABŞ ilə yaxınlaşması prosesi sürətlənir

Z.Əmrəliyevin fikrincə, paralel şəkildə Trampın adı ilə bağlı olan layihənin - Zəngəzur dəhlizi üzrə təşəbbüslərin gündəmə gəlməsi ABŞ-nin Cənubi Qafqazda təsir imkanlarını gücləndirdiyini göstərir. Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarında da müəyyən məntiq var. Donald Trampın hakimiyyəti Cənubi Qafqazda siyasi dinamikanın yeni faktoru kimi çıxış edir:

"ABŞ-nin müttəfiqi kimi regionda iki ölkə arasında əməkdaşlığın genişlənməsi yüksək perspektiv vəd edir. ABŞ-nin Cənubi Qafqaza daha fəal şəkildə qayıtması həm Azərbaycan üçün, həm də regiondakı ümumi təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses yeni geosiyasi reallıqların formalaşması və regionda sülh mühitinin möhkəmlənməsi üçün xüsusi imkanlar yaradır".

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri