Icma.az
close
up
RU
Paşinyanın Vaşinqton rəzaləti

Paşinyanın Vaşinqton rəzaləti

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Məğlub Ermənistanın Baş naziri Nikol Paşinyanın Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərindən dərhal sonra tələm-tələsik Fransa turnesinə çıxmağı zəruri sayıb.  Erməni analitiklər bildirirlər ki, Baş nazir Vaşinqton səfərinin uğursuzluğunu Parisdə Makronla baş tutan görüşün hansısa dividentləri ilə ört-basdır etməyə çalışacaq.

Ancaq belə görünür ki, Vaşinqton səfərinin nəticəsizliyini uzun müddət Emənistan cəmiyyətinin maraq dairəsindən çıxartmaq və tamam unutdurmaq N. Paşinyan üçün asan olmayacaq. Çünki, əvvəlcədən hökumət rəhbərinin Vaşinqton səfəri barədə böyük ajiotaj yaradılmışdı, cəmiyyət Donald Tramp administrasiyasının da Ermənistan rəhbərliyinə rəğbətlə yanaşacağına ümidləndirilmişdi. Səfərin nəticəsizliyi isə bütün ümidlərin əbəs olduğunu ortaya qoydu

C.Bayden administrasiyasının əziz-xələfi

Əvvəlcə onu qeyd edək ki, rəsmi İrəvan hələ də Ağ Evdə administrasiya dəyişikliyinin yaratdığı məyusluğun təsiri altındadır.  Bu da onunla bağlıdır ki, keçmiş administrasiya dönəmində Ermənistan Ağ Evin bir növ əziz-xələfinə çevrilmişdi. Ağ Evin siyasi rəhbərliyinin xüsusi simpatiyası nəzərə alınmaqla ABŞ-ın bütün idarəetmə strukturlarında Ermənistanın istəklərinə “yaşıl işıq” yandırılırdı. Cənubi Qafqazdakı reallıqlar fonunda rəsmi İrəvana açıq-aşkar selektiv yanaşma sərgilənirdi. Erməni lobbisinə bağlı olan parlamentarilərin canfəşanlığı sayəsində Senatda Ermənistanın əsassız müdafiəsini hədəfləyən bir neçə qərəzli qətnamə qəbul olundu. C.Bayden administrasiyası Ermənistanın müxtəlif istiqamətlədə dəstəklənməsi məqsədilə böyük məmnuniyyətlə maliyyə vəsaitləri ayırırdı.

Ötən administrasiya dönəmində Ağ Evin məğlub ölkəni Azərbaycanla yeni müharibəyə təhrik etməsi və bu məqsədlə Ermənistana hərbi dəstəyi gücləndirməsini xüsusi vurğulamaq istərdik. Bayden administrasiyasının göstərişləri əsasında okeanın o tayından İrəvana təyyarə ilə silahlar daşınırdı.  Ötən ilin yayında Ermənistanda “Eagle Partner 2024” adlı ikinci Ermənistan-ABŞ birgə təlimləri baş tutdu. Təlimlərə ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçilərinin də qatılmaları Vaşinqtonin “Eagle Partner 2024”ə nə qədər böyük önəm verdiyinin təsdiqidir. “Eagle Partner 2024” hərbi təlimlərinin keçirilməsi çox doğru olaraq Azərbaycan-Ermənistan münasibətləri kontekstində dəyərləndirilir. Təəssüf doğuran haldır ki, Ermənistanın yeni müharibəyə təhrik edilməsində Bayden administrasiyası məmnuniyyətlə yer alırdı. Elə birgə hərbi təlimlərin keçirilməsinin əsas məqsədlərindən biri də Ermənistanı militarizasiyaya, yeni hərbi kampaniyaya həvəsləndirməkdən, bu ölkədə revanşist meylləri gücləndirməkdən ibarət idi.

C.Bayden administrasiyasının Ermənistana xüsusi simpatiyasını həmçinin USAID-in bu ölkəyə ayırdığı vəsaitlərin həcmini getdikcə artırması bir daha təsdiqləyir. USAID-in hansı çirkin fəaliyyətlərlə məşğul olduğu artıq bütün dünyaya məlumdur. 2024-cü ilin sentyabr ayında qurum Ermənistana beşillik yardım paketini 120 milyon dollardan 250 milyon dollara qədər artırdığını elan edib.  Bu yardımların əsas məqsədinin  guya  Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək vermək olduğu, maliyyə vəsaitinin təbii fəlakətlərdən qorunma, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcəyi bildirilirdi. USAID-in Ermənistana ayırdığı maliyyə yardımı ABŞ-ın “Xarici Hərbi Maliyyələşdirmə” proqramı ilə əlaqələndirilirdi. Bundan əlavə, USAID Ermənistanda davam edən insan haqları problemlərinin həlli üçün 2,5 milyon dollar ayıracağının vədini vermişdi. Vəsait guya LGBT fərdlərinin hüquqlarının müdafiəsinə, gender əsaslı zorakılıqla mübarizə və digər tədbirlərə xərclənəcəkdi...

Qoca C.Bayden N.Paşinyan iqtidarına, bütövlükdə Ermənistana son “vəfa borcunu” isə uğurlu olmayan prezidentlik dönəminin son günlərində verdi.   Cari il yanvarın 15-də Bayden administrasiyasının səlahiyyətlərinin bitməsinə cəmi 5 gün qalmış Vaşinqtonda ABŞ-ın sabiq dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması özlüyündə çox mətləblərdən xəbər verir. Həmin sənəd uzun müddət müzakirə mərhələsində qalmışdı. Qoca C.Bayden hakimiyyətinin bitməsi ərəfəsində tələm-tələsik xartiyanın imzalanmasını təmin etdi ki, bununla da N.Paşinyan iqtidarına, bütövlükdə Ermənistana son “vəfa borcunu” vermiş oldu.

Suya düşən ümidlər

Söhbət N.Paşinyanın 5-ci illik Dini Azadlıqlar Sammiti və Milli Dua Səhərində iştirak etmək üçün fevralın əvvəlində okenaın o tayına baş tutan səfərindən gedir. Rəsmi İrəvan Baş nazirin həyat yoldaşı Anna Akopyanın da qatıldığı bu səfərə böyük canfəşanlıqla hazırlaşmışdı.  Bütün iqtidar komandası, həmçinin Vaşinqtondakı eməni lobbisi  N.Paşinyanın Donald Trampla, ABŞ-nin yeni dövlət katibi Marko Rubio ilə görüşünü təşkil etməyə səfərbər olmuşdu.  Ancaq Ağ Evdə N.Paşinyanın adları çəkilən rəsmilərlə görüşmək istəyi birmənalı şəkildə rədd edilib.  Eyni zamanda, digər rəsmilər səviyyəsində də Ermənistan lideri ilə görüşə razılıq verilməyib. Baş nazirin uzun-uzadı cəhdlərdən sonra məhdud görüşlərə qatıldığı bildirilir. Əslində, Vaşinqtonda dini sammitə qatılmaq N.Paşinyan üçün əsas məqsəd deyildi.  O, bu səfərə getməklə yeni administrasiyanın Ermənistana münasibətdə hansı mövqeni tutduğunu öyrənmək idi. Güman edirik ki, baş nazir bu istəyinə çatıb - yeni administrasiya rəsmilərinin onu qapı arxasında saxlamalarının özü də bir münasibətdir. N.Paşinyan və komandası bundan nəticə çıxartmalıdır.

Yeri gəlmişkən, N.Paşinyanın Vaşinqton fiaskosu Ermənistan cəmiyyətində də rişxənd mövzusuna çevrilib. “Joxovurd” qəzeti yazıb ki, Ermənistan hakimiyyəti bir tərəfdən Apostol kilsəsinə təzyiq edir,  digər tərəfdən isə dövlət büdcəsinin vəsaiti hesabına baş nazir ABŞ-da dini tədbirə qatılır. “Baş nazirin bu tədbirdə iştirak etməsi başadüşüləndir. Lakin özünü açıq şəkildə ateist elan etmiş deputat Arsen Torosyanın orada olması ciddi suallar doğurur. A.Torosyan bir vaxtlar açıq şəkildə “Mən ateistəm, sualınız var?” deyərək “İncil”i sadəcə bir kitab adlandırmış və onu Şarl Perronun nağılları ilə müqayisə etmişdi. Bəs A.Torosyan hansı məntiqə əsasən dini tədbirdə iştirak etmək üçün Vaşinqtona göndərilib? Bu, inanclı insanlara istehza, ABŞ-a hörmətsizlik, yoxsa öz prinsiplərinə zidd davranışdır?”, - deyə nəşr sual edib.

Baş nazir N.Paşinyanın Vaşinqtona səfərini şərh edən  erməni politoloq Artur Xaçikyan isə nə D.Trampın, nə də M.Rubionun Paşinyanla görüşə vaxt ayırmaq istəmədiklərinə diqqət çəkib. Sitat:  “Hakimiyyət diplomatiyanın nə olduğunu başa düşmür, bütün ümidlərini Baydenə bağladılar və yeni administrasiyada təsirsiz qaldılar. Heç kim onunla görüşməyib. Baxın, biz Amerika ilə strateji müqavilə imzaladıq, amma bundan heç nə çıxmadı, liderimizlə belə görüşmədilər...”

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri