Icma.az
close
up
RU
Cənubi Qafqaza gəlmələr Bizim erməni adlandırdığımız HAYLAR

Cənubi Qafqaza gəlmələr Bizim erməni adlandırdığımız HAYLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün dünyanın ermənilər kimi tanıdığı toplum etnik cəhətdən qarışıq və qeyri-yekcins millətdir. Bizim bu gün erməni dediyimiz millət əslində haylardır. Onların özləri də özlərinə erməni deyil, hay deyirlər, dillərini hay dili, ölkələrini Hayastan adlandırırlar. Tarixi faktlar da sübut edir ki, haylar Cənibi Qafqazın yerli sakinləri deyillər, onlar bu bölgəyə Yaxın Şərqdən gəlmə toplumdur.
Maraqlıdır ki, kimlikləri barədə düşünən ermənilərin özləri belə özlərindən baş açmırlar. Bir çox tarixi mənbələrdə onlar hibrid (calaq) millət adlandırılırlar.
Haylap lap qədim dövrlərdən üzü bəri müxtəlif qəbilələrin, tayfaların, xalqların, dövlətlərin əlində alət olublar. Onları istənilən istiqamətə yönəldib, istədikləri kimi istifadə ediblər.
Haylar Hind-Avropa dilli xalqdır, qədimdə Balkanlarda yaşamış, sonra Aralıq dənizinin şərq sahillərinə gəlib çıxmışdılar. Hayları Yaxın Şərqdə mövcud olmuş qədim Assuriya və Urartu dövlətlərindəki qul koloniyalarında müxtəlif peşələrə yiyələndirib, sonra da qul bazarlarına çıxararaq dünyanın müxtəlif yerlərindən gələn tacirlərə satırdılar.

Beləcə, onlar dünyanın müxtəlif yerlərinə səpələniblər.
Qədimdəki Hayasa şəhər-vilayətinin adı ilə hay (yəni Hayasa qulu) adlanan indiki ermənilərin XV əsrə qədər Cənubi Qafqaza heç bir dəxli olmayıb.
Fəlsəfə doktoru Əziz Ələkbərli və etnoloq Elbrus Qaraqoyunlunun qələmə aldığı "Türkmənşəli erməni soyadları" kitabında qeyd edilir ki, hayların, yəni indiki ermənilərin Cənubi Qafqaza ilk gəlişi 1431-ci ildən – erməni kilsəsi üçün indiki Eçmiədzin (Üçkilsə) ərazisinin pulla satın alımasından və 1441-ci ildə Kiçik Asiyada yerləşən Kilikiya əyalətinin Sis şəhərindəki erməni dini kafedrasının bura köçürülməsindən başlayır. Qafqazın haylaşdırılması prosesinin başlanmasını da həmin tarixdən hesablamaq lazımdır. Məhz həmin dövrdən - XV əsrin ortalarından etibarən Yaxın Şərqdən hay-xristian missionerlərinin Cənubi Qafqazdakı İrəvan xanlığı ərazilərinə tədricən axını başlayıb. 
Bu toplumun – hayların özlərinin milli heç nəyi olmayıb. Müxtəlif ölkələrə səpələnən bu qullar (sonrakı tarixi dövrlərdə nökərlər, kənizlər, işçilər, daha sonra sənətkarlar, tacirlər, xidmətçilər) cəmiyyətdən kənarda, cəmiyyətin alt qatında yaşadıqca, tədricən bir etnik toplum təşkil edir, köləsi olduqları xalqların maddi-mənəvi dəyərlərindən, xüsusilə mətbəxindən, musiqisindən, dilindən, dinindən, folklorundan özlərinin gündəlik həyatlarında istifadə edir, özləri hibrid millət olduqları kimi, həm də hibrid bir mədəniyyət formalaşdırırdılar.

Başqa sözlə, hayların (indiki ermənilərin) oğurluq ənənələrinin tarixi çox qədimlərə gedib çıxır.
XV əsrdən etibarən Cənibi Qafqaza səpələnən hayların bu bölgəyə yerləşməsi bir neçə əsr davam edib. Cənibi Qafqaza gələndə türklərin əhatəsinə düşərkən “əriyib yox olacaqlarından” qorxan haylar xristian dövlətlərindən dəstək almaq üçün onlara elçilər göndərir, dəridən-qabıqdan çıxır, himayəçi axtarırdılar. Nəhayət, belə bir dəstək XVIII yüzilin əvvəllərində çar Rusiyası tərəfindən verildi, çünki çar Rusiyasının Qafqazda və Yaxın Şərqdəki siyasi maraqları ilə hay-erməni kilsəsinin dini-milli maraqları üst-üstə düşürdü.
XIX yüzilin əvvəllərində isə Qafqazın Rusiya tərəfindən işğalı ilə əlaqədar Yaxın Şərqdən o qədər hay köçürülüb Cənubi Qafqaza gətirildi ki, nəticədə burada haylaşma (erməniləşmə) genişləndi.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin buraxdığı“Gəldim, gördüm,... mənimsədim” kitabındabir çox tanınmış erməni xadimlərin öz xalqı haqqında maraqlı etirafları yer alıb.
Məsələn, tanınmış ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik Manuk Abeqyan yazıb: “...erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib... Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”. («История армянской литературы», Ереван, 1975).
Erməni tarixçi N.Pastermacyan: “Erməni tarixi Haykın və onun xalqının Ermənistana gəlib çıxmasını e.ə. 2200-cü ilə aid edir və onların e.ə. 800-cü ilə qədər bir-birini əvəzləmiş dini rəhbərlərinin və çarlarının siyahısını göstərir. Müasir elm bu uydurmanı təsdiq etmir. Xalqlar fərdlərdən fərqli olaraq öz yaşlarını artırmağı sevirlər...”
B.İşxanyan: “Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəsli – yerli əhalidir, o biri hissəsi isə Türkiyə və İraqdan olan qaçqınlardır, onlar üçün Azərbaycan torpağı təqib və zülmlərdən sığınacaq yeri olmuşdur”. (Б.Ишханян, «Народности Кавказа», 1916).
N.S.Vartapetov: “Xristian bayrağı ilə silahlanaraq [Erməni kilsəsi] bütün zamanlarda tarixi Albaniyanın və onun ayrılmaz hissəsi olan Qarabağın (Arsax) xalqlarını məhv etmişdir və bir vaxtlar tarixi vəziyyətə məharətlə uyğunlaşaraq Bizans imperiyasına, İran Sasanilərinə, ərəb xəlifələrinə və monqollara xidmət etdiyi kimi, Səfəvilərə, daha sonra Rusiya imperiyasına xidmət etmişdir”. (Н.С.Вартапетов, «Христианские памят-ники Закавказья»).

Bir çox xarici tarixçilər də öz əsərlərində hayların Qafqaza gəlmə xalq olduğunu qeyd ediblər:
İqor Dyakonov: “Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmışdır”. (И.Дьяконов, «Предистория армянского народа», Ереван, 1958).

Avropa tarixçisi F.Makler: “Bəllidir ki, Ermənistan, yəni tarixi dövrlərdən bəri bu adı daşıyan coğrafi rayon erməni adlandırılan xalqın daimi yaşayış yeri olmamışdır...” (Ф.Маклер, известный европейский историк, «Армянская нация», Париж, 1924).
Ermənilər Cənibi Qafqaza yerləşəndən sonra, xüsusilə də XIX əsrin əvvəllərindən tetibarən qonşu xalqların, xüsusilə də Azərbaycan türklərinin maddi və qeyri-maddi (mənəvi) irsinə sahiblənməyə (plagiatlığa) başladılar.
Bu sahiblənmə mərhələlərlə gerçəkləşdirilib. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri, professor Kamran İmanov erməni plagiatlığını üç mərhələyə bölür:
1. Yiyələnmə (mənimsəmə)
2. Özününküləşdirmə
3. Erməniləşdirmə
A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 May 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri