Icma.az
close
up
RU
Cənubi Qafqazda Hindistan izi: İrəvanla hərbi əməkdaşlığın pərdəarxası məqamları

Cənubi Qafqazda Hindistan izi: İrəvanla hərbi əməkdaşlığın pərdəarxası məqamları

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin martında Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzərində danışıqlar prosesinin başa çatdığı açıqlandı. Hazırkı mərhələdə ölkəmizin İrəvandan legitim gözləntiləri var. Bu gözləntilər Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması və münaqişənin öz həllini tapması nəticəsində fəaliyyətinə ehtiyac duyulmayan ATƏT-in Minsk qrupunun ləğvidir.

Nikol Paşinyanın özü və hökumətinin yüksək vəzifəli məmurları tərəfindən sülh sazişini imzalamağa hazır olmaları barədə verilən pozitiv açıqlamalara baxmayaraq, ölkəmizin legitim gözləntilərinin həllini tapması üzrə hələ də irəliləyiş müşahidə edilmir. Bu isə prosesin tormozlanmasına gətirib çıxarır. Buna paralel olaraq, İrəvan silahlanma istiqamətlərini intensiv şəkildə genişləndirməkdədir. Ermənistanın Fransa və Yunanıstan kimi tarixən yaxın olduğu, hərbi və hərbi-texniki sahədə sıx əməkdaşlıq etdiyi ölkələrin sırasına son illərdə Hindistan da qoşulub. Artıq nəinki Ermənistanın müdafiə naziri, təhlükəsizlik şurasının katibi səviyyəsində də Nyu Delhi ilə hərbi və təhlükəsizlik sahəsində müzakirələr aparılır. İşğalçı keçmişə malik ölkə rəsmisinin apardığı bu müzakirələrin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına xidmət etmədiyi gün kimi aydındır. Ehtimal etmək olar ki, bu danışıqların yekunu kimi, Ermənistanın Hindistanla silah alqı-satqısı barədə yeni müqavilə imzaladığına dair məlumatlar yayılacaq.

Söhbət, təbii ki, Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Nyu Delhiyə səfərindən, orada Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Adcit Dovalla görüşündən gedir. Mayın 13-də baş tutan görüş zamanı həmsöhbətlər Ermənistan–Hindistan ikitərəfli gündəliyinə aid bir sıra məsələləri müzakirə ediblər. Xüsusilə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi prosesi və təhlükəsizlik sahəsində cari qarşılıqlı fəaliyyət vurğulanıb. Eyni zamanda, tərəflər beynəlxalq və regional təhlükəsizlik mövzusuna da toxunublar. A.Doval bu çərçivədə Ermənistan təhlükəsizlik şurası katibinin xahişi ilə son günlər Hindistan–Pakistan sərhədində baş verən hadisələrin mümkün inkişafı ilə bağlı məlumat verib. A.Qriqoryan isə Hindistan tərəfinin xahişi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini təqdim edib.

***

Bu səfər və keçirilən görüş regionda baş verən geosiyasi proseslər kontekstində olduqca əhəmiyyətlidir və bir neçə istiqamətdə şərh oluna bilər. Birinci istiqamət Ermənistan–Hindistan münasibətlərinin intensivləşməsidir. Qriqoryanın Nyu Delhiyə səfəri və ölkənin baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri ilə görüşü göstərir ki, Ermənistan son illər strateji tərəfdaş axtarışında Hindistanla əlaqələrini dərinləşdirməkdə maraqlıdır. Bu münasibətlər təkcə diplomatik və iqtisadi deyil, açıq şəkildə təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq çərçivəsinə keçməkdədir. Bu kontekstdə Qriqoryanın Doval kimi nüfuzlu fiqurlarla görüşməsi həm Ermənistana siyasi legitimlik, həm də regiondakı rolunu gücləndirmək imkanı verir.

Görüşdə iki maraqlı xətt müşahidə olunur. Ermənistan rəsmisinin Hindistan tərəfinin xahişi ilə Azərbaycanla münasibətləri təqdim etməsi göstərir ki, Nyu Delhi Cənubi Qafqazda baş verən proseslərə diqqət ayırır və İrəvan vasitəsilə bölgədə informasiya və təsir imkanlarını artırmağa çalışır. Eyni zamanda, Ermənistan Hindistan–Pakistan sərhədindəki vəziyyətlə maraqlanır. Bu isə İrəvanın öz növbəsində Hindistan–Pakistan ziddiyyətləri fonunda yeni geosiyasi tutumlar formalaşdırmaq cəhdidir. Bu yanaşma Ermənistanın müxtəlif geosiyasi oyunçular arasında manevr etmək, eyni zamanda, münaqişəli regionlarda baş verənlərdən öz maraqları üçün istifadə etmək niyyətini göstərir.

Digər tərəfdən, qeyd etmək lazımdır ki, Hindistan son dövrlərdə Mərkəzi Asiya və Cənubi Qafqazda nüfuz dairəsini genişləndirməyə çalışır. Ermənistan isə bu prosesdə, necə deyərlər, körpü rolu oynamaq istəyir. Azərbaycanla gərgin münasibətləri fonunda Ermənistan Hindistanla yaxınlaşaraq həm təhlükəsizlik zəmanəti, həm də alternativ tərəfdaşlıq əldə etməyə çalışır. Bu, Azərbaycanın Pakistanla strateji müttəfiqliyinə qarşı dolayısı cavab kimi də qiymətləndirilə bilər.

Bu müzakirələr fonunda Ermənistanın Hindistandan yeni silah-sursat alması ehtimalı çox yüksəkdir. Mövcud regional və qlobal dinamikanı nəzərə alsaq, bir neçə əsas məqam bu ehtimalı gücləndirir. 2022 və 2023-cü illərdə Ermənistan Hindistandan “Pinaka” raket sistemləri, artilleriya qurğuları və müxtəlif tipli pilotsuz uçuş aparatları daxil olmaqla yeni silahlar alıb. Bu alqı-satqılar rəsmi İrəvanın Rusiya hərbi asılılığından çıxmaq və alternativ tərəfdaşlar tapmaq istəyini açıq şəkildə göstərdi. Qriqoryan–Doval görüşü isə bu trendin strateji səviyyədə davam etməsinə zəmin yaradır. A.Doval Hindistanın təhlükəsizlik üzrə ali orqanlarının rəhbərlərindən biridir və onunla aparılan müzakirələr sadəcə, protokol görüşü deyil, konkret razılaşmalara zəmin yaradan dialoq ola bilər. Bu tip görüşlər, adətən, silah alqı-satqısı, təlim əməkdaşlığı və hərbi-strateji planlaşdırma məsələlərini əhatə edir.

Nyu Delhinin İslamabadla ziddiyyətləri fonunda Ermənistanla hərbi əməkdaşlıq, xüsusilə də Pakistan–Azərbaycan yaxınlığını nəzərə alsaq, Hindistan üçün də strateji dividendlər vəd edir. Hindistan Ermənistan vasitəsilə Cənubi Qafqazda təsir zonası yaratmaq, həmçinin silah ixracatını artırmaq istəyir.

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistan ordusu, demək olar ki, darmadağın olub. Paşinyan hakimiyyəti son bir neçə ildə bu sahədə islahatlara və yeni silah alınmasına xüsusi diqqət ayırır. Hindistandan yeni alınan silahlar ordunun yenidən qurulması üçün vacibdir. Həmçinin siyasi sabitlik üçün “güvənlik buferi” rolunu oynayır. Bundan əlavə, ölkə daxilində revanşist dairələr üçün siyasi mesaj kimi çıxış edir.

Qriqoryan və Doval arasında baş tutan təhlükəsizlik dialoqu, böyük ehtimalla, silah alqı-satqısı üzrə yeni müqavilələrin başlanğıcı və ya davamı olacaq. Ermənistan Hindistandan həm texniki, həm də strateji dəstək almağa çalışır. Bu isə Azərbaycan üçün ciddi siqnaldır.

Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik

– Ermənistanın silahlanması prosesinin sürətlə getməsi gündəmdən düşmür. Azərbaycan Vətən müharibəsində qalib gəldikdən, suverenliyini bərpa etdikdən sonra Ermənistan dərhal silah axtarışına çıxdı. Özünə havadarlar tapdı və sürətlə silahlanma prosesinə başladı. Təəssüf ki, bu proses sürətlə davam edir.

Ermənistan təhlükəli oyun oynayır. Bu oyun nəinki ölkəmizin, bütövlükdə, regionun təhlükəsizliyinə təsir edir. Eyni zamanda, İrəvanın bu siyasəti Ermənistanın bir dövlət kimi mövcudluğunu da sual altına qoyur.

Əgər Ermənistan özü silahlansaydı, bu, başqa məsələ idi. Amma Ermənistanın silahlandırılması daha təhlükəli prosesdir. Aydındır ki, ölkəni silahlandırmaqda maraqlı olan qüvvələr keçmiş münaqişədən yararlanaraq öz maraqlarını bu regionda çirkin əməlləri ilə təmin etmək istəyirlər. Bu da çox təhlükəli addımdır. Ermənistan rəsmiləri dildə sülhdən danışaraq, delimitasiya-demarkasiya prosesini də dondurublar. Əgər dondurmasaydılar, bəlkə də indiyədək şərti sərhədin yarısı ilə bağlı bu proses başa çatardı.

İrəvanın bu gün delimitasiya prosesini dayandırması, fortifikasiya qurğularının qurulması, şərti sərhədə yaxın təlimlərin aparılması, Avropa İttifaqı missiyasının kəşfiyyat xarakterli müşahidələri aparması qətiyyən sülhə xidmət etmir.

Onu da deyim ki, verilən silahlar o qədər də güclü, müasir silahlar deyil. Əvvəla, Hindistanın hərbi-sənaye kompleksi keçmiş SSRİ-nin və Rusiyanın verdiyi, yəni artıq köhnəlmiş patentlər əsasında istehsalla məşğuldur. Bir sıra hallarda Fransa patenti əsasında Ermənistan üçün silahlar istehsal olunur. Hindistanın verdiyi 6 ədəd “Haubitsa”nın dördündə nöqsanlar tapılmışdı. Əgər bu gün Hindistanın silah bazarına çıxardığı son silahlara nəzər salsaq deməliyik ki, “Akash” tipli hava hücumundan müdafiə sistemlərini alan yeganə dövlət Ermənistandır. Yəni, silah bazarında Hindistan hərbi-sənaye kompleksinin istehsal etdiyi və Ermənistana göndərilən silahlar müasir döyüşlərin tələblərinə cavab vermir.

Yeganə HACIYEVA,
politoloq

– Hindistanın Cənubi Qafqazla bağlı atdığı destruktiv addımlar bir neçə istiqamət üzrədir. Ölkə qlobal strateji kommunikasiya şəbəkəsində mühüm rol oynamaqda maraqlıdır. Ərazi və coğrafi resursları da nəzərə alınmaqla bunun üçün onun müəyyən imkanları var. Bununla belə, Hindistanın dəstəklədiyi kommunikasiya layihələri onun rəqibləri tərəfindən irəli sürülən layihələr kimi iqtisadi cəhətdən sərfəli deyil. Hindistanın Ermənistanla münasibətlərinə də Nyu Delhinin Cənubi Qafqazdakı strateji maraqları kontekstində baxmaq lazımdır. Regionumuz bu ölkə tərəfindən özünün qlobal kommunikasiya layihəsinin bir hissəsi kimi qəbul edilir.

Son illərdə Çinin kommunikasiya təşəbbüslərinə, xüsusilə “Bir kəmər, bir yol” layihəsinə qarşıdurma ideyası Hindistan siyasi diskursunda getdikcə daha çox səslənir. Hindistanın sosial-iqtisadi vəziyyətini nəzərə alsaq, bu qarşıdurma paradoksal görünür: əhalinin təxminən 95 faizi yoxsulluq həddində, təhsilsiz, içməli suya çıxışı olmadan yaşayır və orta ömür uzunluğu təxminən 40-45 ildir. Yəni beynəlxalq arenada bəyan edilən bütün ambisiyalara baxmayaraq, təhsil, səhiyyə, sosial müdafiə kimi daxili göstəricilər dünya üzrə elan edilmiş standartlardan xeyli geridə qalır.

Üstəlik, ölkənin özü sistematik şəkildə korrupsiyadan və siyasi elitanın hakimiyyətdən sui-istifadə etməsindən əziyyət çəkir. Çox qəribədir ki, belə bir ölkə qlobal kommunikativ oyunçu roluna iddialıdır. Nyu Delhidə hesab edirlər ki, kommunikasiya ambisiyaları məsələsində onlar Çinlə rəqabət apara, özlərini qlobal oyunçu kimi göstərə bilərlər. Bu isə Hindistanın daxili imkanları ilə yumşaq desək, qeyri-mütənasibdir. Hindistan tərs-müəyyən gələcəyə malik ölkədir. Bu, ölkənin imici ilə reallıq arasında uçurum yaradır.

Ermənistan isə Hindistanın qlobal kommunikasiya təşəbbüslərində həm Avropaya, həm də Yaxın Şərqə keçid ölkədir. Bundan əlavə, onları birləşdirən digər məqamlar da var. Məsələn, etnik-mental oxşarlıq üzərindən Hindistan və Ermənistan arasında münasibətlər formalaşmaqdadır.

Hindistan Ermənistanı silahlandırmaqla ilk növbədə öz maraqlarını irəli aparır. Nyu Delhinin məqsədi Cənubi Qafqazda möhkəmlənməkdir. Əlbəttə, bu intensiv silahlanma regionda yeni gərginliyə aparır. Hindistan bununla “regionda mənim də maraqlarım var və onlar həyata keçirilməlidir” mesajını verir. Bu isə Hindistan xarici siyasətinin əsrlər boyu yetişdirilmiş siyasi romantizmə əsaslandığını bir daha sübut edir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see239

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see215

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see184

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see135

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see133

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see130

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see128

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see128

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see127

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see127

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see126

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see126

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see126

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see124

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see124

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see123

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see123

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see119

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see117

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

13 Avqust 2025 08:31see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri