Icma.az
close
up
RU
Moskvanın Cənubi Qafqazda ikili oyunları: Azərbaycanla gərginlik, İrəvanla yaxınlıq

Moskvanın Cənubi Qafqazda ikili oyunları: Azərbaycanla gərginlik, İrəvanla yaxınlıq

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Cənubi Qafqazda sülhün əsas dəstəkçisi məhz Azərbaycandır. Ancaq Moskva Bakı ilə münasibətlərdə məntiqsiz hərəkət edir. Bir müddət əvvəl Türkiyə və Rusiya arasında " təyyarə krizi " yaşayarkən türk hökuməti bütün lazımi addımları ataraq prossesin uzanmasına imkan vermədi. Ancaq bu gün Moskva Bakıya qarşı eynisini etmək istəmir. Əksinə, Azərbaycana qarşı hücum kompaniyası həyata keçirir”.

Moderator.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi sərhçinin sözlərinə görə,  Moskva Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə destruktiv hesab edir:

“Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib. Rusiya XİN başçısının müavini hesab edir ki, Qərbin Cənubi Qafqaz siyasəti regionda vəziyyətin sabitləşməsinə deyil, Moskva üçün əlavə təhdidlərin yaradılmasına yönəlib. Onun fikrincə, Qərb dairələri bu regiondan Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd göstərir. Qaluzin bu açıqlaması ilə hansı ölkəni nəzərdə tutduğunu deməyib. Rusiyalı diplomatın dediyində həqiqət var. Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətində olub. Bunu Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanaşvili də öz açıqlamasında təsdiqləyib.  Gürcü hökuməti bu məsələyə razı olmadıqdan sonra Qərb eyni sennarini Ermənistanda təkrarlayır. Nikol Paşinyan uzun müddətdir ki, Qərbə doğru həm inteqrasiya siyasəti aparır, həm də Qərbin hərbi kontingentini regiona gətirərək qarşılıq yaratmaq istəyir. Avropa Birliyinin müşahidə missiyasının regiondakı təxribatçı fəaliyyəti, keçən il Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ - nin Dövlət katibi Entoni Blinklenin Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, eyni zamanda Ermənistanla ABŞ arasında imzalanan " strateji əməkdaşlıq " haqqında müqavilə ilə Cənubi Qafqazda gərginliyin yaradılmasına yönəlib.  Ancaq Moskva İrəvanın bu hərəkətləri qarşısında sakit qalır, üstəlik Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi hər ötən il sürətli şəkildə artır. Qaluzinin verdiyi açıqlama onu göstərir ki, Rusiyanın sözləri ilə əməli arasında uyğunluq yoxdur. Əgər Moskva Cənubi Qafqazda daimi sülh istəsəydi Azərbaycanla münasibətlərin bu cür gərginləşməsinə yol verməzdi”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Fevral 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri