Icma.az
close
up
RU
Cənubi Qafqazda İranın yumşalmış tonları: İmkanlar və risklər

Cənubi Qafqazda İranın yumşalmış tonları: İmkanlar və risklər

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə Cənubi Qafqazda geosiyasi dinamika əhəmiyyətli dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər region ölkələrinin strategiyalarına təsir göstərməklə yanaşı, İranın siyasətində də nəzərəçarpan yeniliklərə yol açıb.

Tehran əvvəlki illərlə müqayisədə daha praqmatik və balanslaşdırılmış yanaşma nümayiş etdirərək, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi önəm verir.

Azərbaycanın artan rolu, Ermənistanla ənənəvi əlaqələr və Gürcüstanla logistika sahəsində əməkdaşlıq, İranın Cənubi Qafqaz siyasətinin yeni konturlarını formalaşdırır.

Bu kontekstdə Tehranın yumşalmış tonla regionda hərəkət etməsi, həm imkanlar, həm də ehtiyatlılıq tələb edən riskləri gündəmə gətirir.

İranın Cənubi Qafqaz siyasətində son dövrlərdə müşahidə olunan dəyişikliklər nələrdir və bu dəyişikliklər regiondakı Azərbaycan, Ermənistan və digər ölkələrlə münasibətlərə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, İranın Cənubi Qafqaz siyasətində son dövrlərdə bir neçə nəzərəçarpan dəyişiklik müşahidə olunur:

"Tehranın əsas yanaşması əvvəlki illərlə müqayisədə daha praqmatik və regional balansın qorunmasına hesablanmış görünür. İran xüsusilə Azərbaycanla münasibətlərdə əvvəlki gərgin ritorikanı bir qədər yumşaldıb. Bu yumşalma həm diplomatik kanalların aktivləşməsi, həm də ticarət və energetika sahələrində dialoqun genişlənməsi ilə özünü göstərir".

Onun sözlərinə görə, Tehran üçün əsas prioritet sərhəd təhlükəsizliyi və geosiyasi təsir dairəsinin zəifləməməsidir:

"Ermənistanla münasibətlərdə İran ənənəvi xəttini davam etdirir, lakin proseslərə daha açıq şəkildə iqtisadi tərəfdaşlıq prizmasından yanaşır. Son dövrlərdə İranın Zəngəzur koridoru ilə bağlı ritorikasının nisbətən daha ehtiyatlı olması diqqət çəkir. Bu, Azərbaycanın artan regional çəkisini nəzərə alan balanslaşdırma cəhdidir. Tehran regiondakı yeni siyasi reallıqları inkar etmədən, onları öz milli maraqlarına uyğun idarə etməyə çalışır".

Tural İsmayılov: Azərbaycan üçün İranla konstruktiv dialoq iqtisadi və sərhəd təhlükəsizliyi baxımından müsbət dinamika verə bilər

Müsahibimizin fikrincə, Gürcüstanla münasibətlərdə İran daha çox logistika və enerji məsələlərinə fokuslanır. Bu siyasət də Cənubi Qafqazda İran üçün alternativ tranzit marşrutlarının əhəmiyyətini artırır.

"İranın bölgədə yumşalmış tonla hərəkət etməsi ABŞ və Qərbin təzyiqləri fonunda özünə təhlükəsiz geosiyasi məkan yaratmaq məqsədi daşıyır. Bu dəyişikliklər region ölkələri üçün həm yeni imkanlar, həm də əlavə ehtiyatlılıq tələb edən risklər yaradır. Azərbaycan üçün İranla konstruktiv dialoq iqtisadi və sərhəd təhlükəsizliyi baxımından müsbət dinamika verə bilər. Ermənistan isə İranı hələ də əsas siyasi tərəfdaşlardan biri kimi saxlayacaq",- Tural İsmayılov fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri