Icma.az
close
up
RU
Deputat: Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda yeni iqtisadi imkanlar yarada bilər

Deputat: Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda yeni iqtisadi imkanlar yarada bilər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 fevral, AZƏRTAC

Zəngəzur dəhlizinin açılması 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarından biridir. Ermənistan tərəfi bu sənəddə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, Ermənistan hakimiyyəti daha əvvəl də üçtərəfli bəyanatda əksini tapmış bəzi öhdəliklərinə məsuliyyətsiz yanaşıb və nəticədə daha çətin vəziyyətlə qarşılaşıb.

Deputat vurğulayıb ki, Ermənistan tərəfinin dörd ildən çoxdur məsələyə qeyri-konstruktiv mövqe sərgiləməsi və 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu ölkənin reallıqları düzgün qiymətləndirə bilmədiyini göstərir: “Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Lakin hər bir ölkə imza atdığı sənədin məsuliyyətini anlamalıdır. Qırx dörd günlük müharibədən sonra regionda tamamilə fərqli reallıqlar yaranıb. Sülh üçün unikal imkanlar mövcuddur. Azərbaycanın məqsədi bu imkanları reallığa çevirməkdir”, - deyə Milli Məclisin deputatı əlavə edib.

S.Məmmədov diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda yeni iqtisadi imkanlar yarada bilər. Bu dəhlizin fəaliyyət göstərməsi nəticə etibarilə Ermənistanın iqtisadiyyatına da ciddi dəstək verəcək. Eyni zamanda, uzun illər region xalqlarını narahat edən mübahisəli məsələlərin gündəlikdən çıxmasına səbəb olar. Təcrübə göstərir ki, iqtisadi maraqlar əsasında qurulan münasibətlər daha davamlı və etibarlı olur. Ermənistan bölgədə ənənəvi destruktiv rolundan imtina etməlidir.

Milli Məclisin deputatı onu da bildirib ki, regiondan uzaqda yerləşən bəzi dövlətlərin Ermənistana dəstək xarakteri daşıyan bəyanatları sülh prosesinə zərbə vurur. Çünki həmin ölkələr Cənubi Qafqaz xalqlarının yaşadığı tarixi prosesləri, məruz qaldığı itkiləri nəzərə almır, daha çox öz geosiyasi iddialarından çıxış edirlər: “Ermənistanda bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Təəssüf ki, biz Ermənistan hakimiyyətinin bu cür mühüm strateji məsələlərə dair qərarların qəbulunda tərəddüd etdiyinin dəfələrlə şahidi olmuşuq. Lakin vəziyyəti dəqiq analiz etmək üçün hələ ki, vaxt var və Ermənistan bu vaxtı düzgün dəyərləndirməlidir. Prezident İlham Əliyevin də öz çıxışlarında vurğuladığı kimi, Zəngəzur dəhlizi artıq beynəlxalq leksikona daxil olub. Bu fakt Ermənistan üçün ciddi siqnaldır”, - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri