Icma.az
close
up
RU
Cənubi Qafqazda köhnə oyun qaydaları bitmişdir

Cənubi Qafqazda köhnə oyun qaydaları bitmişdir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İlham Əliyevin ATƏT-in baş katibi ilə görüşündə gələcəyə yönəlik mesajlar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT-in yeni baş katibi Feridun Sinirlioğlunu qəbul etməsi regional reallıqların beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmasının siyasi manifesti idi. Görüş həm tarixi kontekst baxımından, həm hüquqi-siyasi çərçivədə, həm də regional güc balansının yeni konturları fonunda olduqca mühüm siqnallar verdi.

1992-ci ildə Ermənistan və Azərbaycan arasında baş verən silahlı toqquşmalar fonunda ATƏT (o dövrdə ATƏM–Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirə) Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə Minsk qrupunu formalaşdırdı. Minsk qrupunun əsas məqsədi münaqişə tərəfləri arasında vasitəçilik etmək, atəşkəs rejiminin qurulması və nəticə etibarilə siyasi həllə nail olmaq idi. Lakin bu qurumun fəaliyyətindəki ilkin boşluqlar, struktur problemləri və ikili standartlar onu ilk gündən etibarən qeyri-fəal və nəticəsiz bir platformaya çevirdi.

Minsk qrupu 11 üzv dövlətdən ibarət idi və həmsədrlik institutu Rusiya, ABŞ və Fransaya həvalə olunmuşdu. Həmsədrlik mexanizmi ilkin baxışdan güc balansını təmin etməli idi. Əslində, bu model effektiv koordinasiyadan uzaq idi. Müxtəlif maraqlara malik güc mərkəzlərinin həm regional, həm də qlobal səviyyədə bir-birinə qarşı istifadə edildiyi bir formatda obyektiv vasitəçilik gözləmək real olmayan bir ümidə çevrildi.

Ən mühüm məqam isə odur ki, Minsk qrupu 1994-cü ildə imzalanan atəşkəsdən sonra yaranan status-kvonun qorunmasına dolayısı ilə xidmət etdi. Onlar faktiki işğal rejimini dəyişmək üçün ciddi təzyiq mexanizmləri tətbiq etmədi, münaqişənin ədalətli həlli üçün beynəlxalq hüququ əsas götürmədi, əksinə, qeyri-müəyyən, ümumi və nəticəsiz bəyanatlarla prosesi uzatdılar. Nəticədə, bu, Ermənistanın işğalçı mövqeyini legitimləşdirməyə xidmət edən mühüm amillərdən biri oldu.

Azərbaycan bu dövrdə daim beynəlxalq hüququ əsas tutaraq, BMT-nin 4 qətnaməsini (822, 853, 874, 884) gündəmə gətirdi. Lakin Minsk qrupu bu qətnamələrin icrasını təmin etmək üçün real diplomatik və siyasi iradə ortaya qoymadı. Hətta bəzi hallarda tərəfsizlik prinsipini pozaraq, Ermənistanın mövqeyinə yaxın çıxışlar və təşəbbüslər irəli sürdülər.

Bu səbəbdən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Minsk qrupunun fəaliyyəti yalnız diplomatik platforma kimi yox, tarixən uğursuz olmuş beynəlxalq vasitəçilik modelinin nümunəsidir. Onun ləğvi tələbini irəli sürmək beynəlxalq münasibətlər sistemində real nəticə doğurmayan mexanizmlərin sorğulanması və onların yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən dəyərləndirilməsinin vacibliyini göstərir.

Nəticə etibarilə Minsk qrupu XXI əsrin beynəlxalq vasitəçilik tarixində uğursuzluq nümunəsi kimi qalacaq. Yəni, üç onillik ərzində 1 milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin salınmasına, etnik təmizləmə siyasətinə və işğal rejiminin möhkəmlənməsinə səssiz qalaraq, passiv müşahidəçi statusundan kənara çıxmadı.

Prezident İlham Əliyevin “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini həm hərbi, həm də siyasi yollarla təmin edib” bəyanatı da beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən, hüquqi legitimliyə əsaslanan bir mövqeyin ifadəsidir. O, konkret olaraq, 1975-ci il Helsinki Yekun Aktının mahiyyətinin reallıqda həyata keçirildiyini göstərən bir siyasi və hüquqi situasiya kimi qiymətləndirilə bilər.

Helsinki Yekun Aktı Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (indiki ATƏT) əsas təsis sənədi olmaqla beynəlxalq münasibətlərin təməl prinsiplərini müəyyənləşdirən, dövlətlər arasında sülhü və təhlükəsizliyi təmin etməyə yönəlmiş bir hüquqi çərçivədir. Bu aktda aşağıdakı əsas prinsiplər yer alır: dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin dəyişməzliyi və yalnız razılıq əsasında dəyişdirilə bilməsi, suveren bərabərlik və dövlətlərin daxili işlərinə qarışmamaq və mübahisələrin dinc yolla həll edilməsi.

Ermənistanın 1990-cı illərdə Azərbaycan torpaqlarını işğal etməsi bu prinsiplərin tam şəkildə pozulması idi. Beynəlxalq hüququn bu açıq-aşkar pozuntusuna baxmayaraq, uzun illər boyu bu prinsiplərin praktik tətbiqi beynəlxalq ictimaiyyətin və xüsusilə ATƏT-in passivliyi səbəbindən qeyri-mümkün görünürdü.

Azərbaycan isə 2020-ci ildə baş verən Vətən müharibəsi ilə Helsinki Yekun Aktının ruhunu bərpa etdi. Əgər beynəlxalq mexanizmlər bu prinsipləri təmin edə bilmirdisə, Azərbaycan bunu müasir beynəlxalq hüququn qəbul etdiyi “özünümüdafiə hüququ” (BMT Nizamnaməsinin 51-ci maddəsi) çərçivəsində həyata keçirdi. Bu fakt həm hüquqi əsaslara söykənirdi, həm də faktiki nəzarəti bərpa edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren hakimiyyətinin tam bərpasına nail oldu.

Əlavə olaraq, 2023-cü ildə Qarabağda qalan erməni silahlı birləşmələrinin tərksilah edilməsi və reinteqrasiya prosesinin başlaması, suverenliyin yalnız hüquqi deyil, faktiki və institusional səviyyədə də həyata keçirildiyini sübut edir. Bu addım da Helsinki Yekun Aktının ən vacib müddəası olan “dövlətlərin suverenliyinə hörmət” prinsipinin praktiki bərqərar edilməsidir.

Bu kontekstdə Prezident Əliyevin fikirləri yalnız regional miqyasda deyil, beynəlxalq hüquq təcrübəsində də önəmli bir presedent sayıla bilər:

Azərbaycan münaqişəni beynəlxalq hüququn prinsipləri əsasında və öz milli maraqları çərçivəsində həm hüquqla, həm də real güclə həll etmiş nadir dövlətlərdən biri kimi tarixə düşdü.

ATƏT-in baş katibi Feridun Sinirlioğlunun “Cənubi Qafqaz ATƏT-in gündəliyində duran mühüm regionlardan biridir” fikri də beynəlxalq təşkilatın dəyişən geosiyasi reallıqlara uyğunlaşmaq məcburiyyətində olduğunu göstərən politoloji siqnaldır. ATƏT baş katibinin bəyanatı, eyni zamanda, qurumun öz funksional varlığını və legitimliyini qoruyub saxlamaq üçün postmünaqişə dövrünün yeni diplomatik tələblərinə cavab vermək öhdəliyini üzərinə götürmək niyyətini ifadə edir.

Cənubi Qafqaz regionunda artıq "köhnə oyun qaydaları" bitmişdir. İyirmi ildən çox davam edən və nəticəsiz qalan diplomatik səylər — xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyəti — Azərbaycan xalqı və rəhbərliyi tərəfindən təkcə məyusluqla deyil, prinsipial və qətiyyətli mövqe ilə qarşılandı. Bu baxımdan Prezident İlham Əliyevin “Minsk qrupunun və onunla əlaqəli strukturların ləğvinin vaxtı çoxdan çatıb” fikri də Cənubi Qafqazda yaranmış yeni diplomatik sistemin konturlarını müəyyən edən fundamental siyasi bəyanatdır.

Azərbaycanın mesajı aydındır: vasitəçilik adı altında passivlik, qeyri-müəyyənlik və zaman udan proseslər dövrü başa çatıb. İndi regionda diplomatiya məsuliyyətli tərəfdaşlığa, real əməkdaşlığa və konkret nəticələrə əsaslanmalıdır. Bu, bir növ “yeni diplomatik realizm”dir – yəni beynəlxalq münasibətlərdə idealist bəyanatlar deyil, real güc balansı, hüquqi əsaslar və suveren maraqlara hörmət ön plandadır.

Bu reallıqlar fonunda ATƏT-in regionda öz mövcudluğunu və nüfuzunu qoruması yalnız bir şərtlə mümkündür – o, artıq hadisələrin müşahidəçisi deyil, iştirakçısı və tərəfdaşı olmalıdır. Bunun üçünsə təşkilat postsovet stereotiplərindən çıxmalı, çağdaş beynəlxalq münasibətlərin tələb etdiyi çeviklik, effektivlik və etibarlılıq meyarlarına cavab verməlidir.

F.Sinirlioğlunun “ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür” bəyanatı da elə bu dəyişən yanaşmanın rəsmi təsdiqidir və Azərbaycanın siyasi çəkisinin və prinsipial mövqeyinin regionun əsas istiqamətverici gücü olduğunu təsdiqləyir. Diplomatiyada artıq Azərbaycan mövqe alan deyil, mövqe formalaşdıran aktor rolundadır.

Beləliklə, politoloji təhlil baxımından bu görüş və verilən mesajlar göstərir ki, Cənubi Qafqazda yeni diplomatik mühit formalaşıb: burada suverenliyə hörmət, nəticəyönümlü əməkdaşlıq və yeni təhlükəsizlik arxitekturası əsas dəyərlər kimi ön plana çıxır. Azərbaycan isə bu mühitin lider təşəbbüskarlarından biri olaraq öz siyasi və strateji vizionunu ortaya qoyur.

Cənubi Qafqazda yaranmış yeni reallıqlar, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra formalaşan status-kvo, regionda sülh və əməkdaşlıq gündəliyini daha aktual və real hədəfə çevirdi.

ATƏT-in baş katibi Feridun Sinirlioğlunun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə əldə olunmuş irəliləyişləri alqışlaması artıq təşkilatın praktiki irəliləyişləri tanıdığını və bu prosesə dəstək verdiyini göstərdi və bir növ münasibətlərdə yeni mərhələyə keçidin rəmzidir: ATƏT vasitəçi yox, dəstəkçi mövqeyindədir.

Əvvəllər ATƏT və xüsusilə onun Minsk qrupu, münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasına göz yumması ilə tənqid olunurdusa, bu gün təşkilat post-münaqişə dövründə funksional transformasiya ehtiyacı ilə üz-üzədir. Artıq regionda vasitəçiliyin aktuallığı tükənib – münaqişə bitib, yeni inkişaf mərhələsi başlayıb. Bu mərhələdə ATƏT-in rolu dəyişməlidir: siyasi manipulyasiyalara yol açan “tərəfləri barışdırmaq” missiyası yox, sülhü möhkəmləndirən və inkişafı təşviq edən texniki və institusional dəstək ön plana çıxmalıdır.

F.Sinirlioğlunun Ermənistan və Gürcüstandakı bəyanatlarında ATƏT-in regionda uzunmüddətli əməkdaşlıq niyyətini ifadə etməsi də bu istiqamətdə vacib mesajdır və Azərbaycanın postmünaqişə dövründə öz milli maraqlarını regional əməkdaşlıq çərçivəsində inkişaf etdirməsi üçün yeni imkanlar yaradır. Xüsusilə, enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat dəhlizləri və humanitar sahələrdə ATƏT-lə sinerji potensialı formalaşır.

Azərbaycan üçün bu görüş öz liderliyini, təşəbbüskar mövqeyini və regional nizamın formalaşdırılmasında təsirini bir daha nümayiş etdirmək imkanıdır. Sülh prosesində əldə olunmuş irəliləyişlər fonunda Bakı həm Ermənistanla münasibətlərin normallaşmasında, həm də Cənubi Qafqazın bütöv, inteqrasiya olunmuş və təhlükəsiz bir regiona çevrilməsində əsas “oyunçu”lardan biri kimi çıxış edir.

Bütün bunlar göstərir ki, Azərbaycan yalnız torpaqlarını azad etməklə deyil, regionda yeni siyasi nizamın konturlarını cızmaqla da qalibdir. ATƏT kimi beynəlxalq təşkilatların bu yeni reallıqlara uyğunlaşmaq istəyi isə Azərbaycanın diplomatik çəkisinin və strateji vizyonunun beynəlxalq səviyyədə tanındığını sübut edir.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see138

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri