Icma.az
close
up
RU
Cənubi Qafqazda militarist qüvvələr tərksilah olunmalıdır Kamaləddin Qafarov

Cənubi Qafqazda militarist qüvvələr tərksilah olunmalıdır Kamaləddin Qafarov

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII Qlobal Bakı Forumu öz işinə başlayıb. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.”
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, builki Forumun mövzusu dünyada gedən proseslərin fonunda öz aktualllığı ilə diqqəti cəlb edir:

""Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Qeyd olunmalıdır ki, Forum ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və Avrasiya məkanında gedən proseslərə təsir imkanlarının getdikcə artmasının daha bir nümayişidir. Mövcud regional, kontinental və qlobal problemlər ətrafında müzakirələrin və məhsuldar fikir mübadilələrinin aparılması üçün son dərəcə əlverişli beynəlxalq iqtisadi-siyasi platforma olaraq Bakı Forumunun əhəmiyyəti ildən ilə artmaqdadır. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir və bu platformada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.”
K.Qafarov qeyd edib ki, cənab Prezident İlham Əliyevin Cənubi Qafqazda möhkəm və davamlı sülhün bərqərar olmasını istəməyən qüvvələr barədə səsləndirdiyi fikirlər bu gün Qərbin məlum dairələrini dərindən düşündürməlidir: “Keçən ay Azərbaycan xalqı Xocalı soyqırımının 33-cü ildönümünü dərin hüznlə qeyd etdi. Martın 31-də isə xalqımız 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri daha bir soyqırımında vəhşicəsinə qətlə yetirilmiş günahsız qurbanların əziz xatirəsini anacaq. Əlbəttə ki, Azərbaycan xalqı bu vəhşilikləri unuda bilməz. Lakin möhtərəm dövlət başçımızın dediyi kimi, biz gələcəyə baxmalıyıq, biz Cənubi Qafqazda möhkəm və davamlı sülh qurmalıyıq və biz ümumi regional inkişafa nail olmalıyıq. Azərbaycan hər zaman olduğu mövqelərində qalmaqla indi də sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan sülh müqaviləsinin də müəllifi elə Azərbaycandır. Məlumdur ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması zəruri şərtdir. Hazırda bu sənəd müzakirə edilir və bəndlərin əksər hissəsi artıq razılaşdırılıb. Lakin Ermənistanı yenidən məhvedici silahlarla təchiz edən dairələr aydındır ki, bizim regionda sülh istəmirlər. Cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi, XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da prinsipial və qətiyyətli mövqedən irəli gələrək ölkəmizə qarşı təxribat xarakterli addımlar atmaqda davam edən Avropa İttifaqının rəhbər dairələrini ifşa etməkdən çəkinmədi. Cənab Prezident açıq mətnlə, birmənalı olaraq bildirdi ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Çox təəssüflər olsun ki, bu gün dünyada yaşanan qlobal xarakterli problemlərin də böyük əksəriyyətinin əsasında bəzi böyük dövlətlər tərəfindən Beynəlxalq hüquq normalarının pozulması və ikili standartların tətbiqi hallarına yol verilməsi faktı durur. O cümlədən, biz hamımız bu mənfur siyasətin necə ağır fəsadlara yol aça biləcəyini bu gün Cənubi Qafqaz regionunun nümunəsində açıq-aşkar müşahidə edə bilirik.”
K. Qafarov korrupsiyaya uğramış siyasətçilər barədə səsləndirilən fikirlərə münasibət bildirib: “Cənab Prezident İlham Əliyev onilliklər boyunca erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən bəhs etməklə beynəlxalq ictimaiyyətin diqqətini bu ciddi problemə çəkə bildi. Qeyd olundu ki, ABŞ Prezidenti D. Trampın Dövlət Departamentində USAID-in ləğv olunması, eləcə də korrupsiyaya uğramış siyasətçi Robert Menendesin cəzalandırılması ilə bağlı verilmiş qərarlar təqdirəlayiqdir. Lakin Menendes sonuncu olmalı deyil. Çünki hələ cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri də var ki, onların onilliklər boyunca fəaliyyətləri erməni diaspor təşkilatlarından aldıqları pullar müqabilində Azərbaycana hücum çəkməkdən, ölkəmizi gözdən salmağa çalışmaqdan ibarət olub. Bütün bu haqsızlıqlara tezliklə son qoyulmalı, Cənubi Qafqazda sülhə mane olmaq istəyən qüvvələr regiondan təcrid edilməlidirlər”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Mart 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri