Icma.az
close
up
RU
Kamaləddin Qafarov: Doğma dilimizlə qürur duyuruq

Kamaləddin Qafarov: Doğma dilimizlə qürur duyuruq

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət dili uğrunda daim ardıcıl mübarizə aparmış, bu məqsədlə xalqı və ilk növbədə, ziyalıları ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulayıb ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq isə məhz ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, keçmiş SSRİ-nin mövcud olduğu 70 il ərzində bu imperiyanın rəhbərliyinin səylə nail olmağa çalışdığı əsas məqsədlərdən biri də kommunizm ideologiyasının tərkib hissəsi olan beynəlmiləlçilik siyasətini həyata keçirmək idi:

“Bu siyasətin əsas tələblərindən biri də sovet cəmiyyətinin vahid xalq-vahid dil prinsipi üzərində formalaşdırılmasından ibarət idi. SSRİ rəhbərliyi müttəfiq respublikaların xalqlarına onların milli kimliklərini unutdurmaq və beləliklə də gələcəkdə həmin respublikalarda baş verə biləcək milli-azadlıq hərəkatları dalğasından imperiyanı sığortalamaq məqsədi güdürdü. Məhz bu məqsədlə ardıcıl hücumlar üçün müəyyənləşmiş əsas hədəflərdən biri də milli dillər idi. Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq Sovet İttifaqına daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. 1977-ci ildə yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Məhz belə bir mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi məqsədilə böyük risklərə bağlı olan gərgin fəaliyyətə başladı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 27 aprel 1978-ci il tarixində isə həmin maddə Azərbaycan SSR Konstitusiyasına əlavə olunmuşdur. Ulu Öndərimizin gördüyü bu işlər, birmənalı olaraq, xalqın xilaskar oğlunun öz Vətəni qarşısında olan misilsiz xidmətlərindəndir”.

K.Qafarov vurğulayıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri, fədakar fəaliyyəti nəticəsində Azərbaycan dili sovetlər dönəmində unudulmaq və məhv olmaq təhlükəsindən xilas ola bildi:

“Bir sıra digər ittifaq respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin məhz ana dilində təhsilinə üstünlük verilməsi də birbaşa Ümummilli Liderimizin yürütdüyü dil siyasətinin nəticəsi idi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün respublikamızda mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbu orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, Azərbaycan dilinin nüfuzu bir daha təsdiq edilib. Nəhayət, ən əsası, Ümummilli Liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Uzun illər sonra, artıq müstəqil Azərbaycanda ana dilimiz, sözün əsil mənasında, özünün dövlət dili hüquqlarına sahib olduğu dövrdə Ümummilli Lider söylədiyi tarixi nitqlərindən birində demişdir: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir.” Həqiqətən də məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı”.

K.Qafarov müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin səyləri ilə respublikada Azərbaycan dilinin inkişafına göstərilən xüsusi qayğıdan da bəhs edib:

“1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, bu mövzuda gərgin müzakirələr aparılmışdır. Həmin ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bu gün artıq bütün dünya bizim doğma ana dilimizi həm də işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir. Ölkə Prezidenti cənab İlham Əliyevin keçən il Novruz bayramı münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti isə ana dilimizin qalib xalqın dili olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Aprel 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri