Cənubi Qafqazda Rusiyanın riçaqlarının zəiflədilməsinə hesablanmış saziş
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Birləşmiş Ştatlarla Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd Amerikanın Cənubi Qafqazda Rusiyanın riçaqlarının zəiflədilməsinə hesablanmış bir sazişdir. Çünki Rusiya hər zaman regionda Ermənistan vasitəsilə siyasətini həyata keçirib, maraqlarını təmin edib".
Bu fikirləri Newscenter.az-a "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, sözügedən sənəd Ermənistan çapına sığmayan sazişdir. Mərkəz rəhbəri qeyd edib ki, sənəddə Ermənistanı demokratik ölkə kimi dəyərləndirilməsi kökündən yalnışdır.
Ramil Hüseynov hesab edir ki, imzalanan sənəd İran üçün də ciddi təhlükədir və bu səbəbdən Tehran sözügedən sənədə öz kəskin reaksiyasını bildirməlidir:
"Bildiyimiz kimi İranla Amerika arasında olan problem uzun illərə dayanır. Hələ dövlət katibi Hillari Klintonun vaxtında bu problemin həlli üçün bir proyekt ortaya qoyulmuşdu. Lakin həmin layihənin icrası yarımçıq qaldı. İndi həmin layihənin davam etdirilməsi üçün bu kimi addımları davam etdirirlər. Qeyd etdiyim kimi bu Ermənistanın çapında olan bir saziş deyil və digər ölkələrlə bağlı olan planın tərkib hissəsidir. Yəni, bununla demək istəyirlər ki, biz öz niyyətimizdən geri çəkilməmişik və lazım olduqda istənilən addımlar atacağıq. Ona görə də biz İrandan ABŞ-Ermənistan strateji tərəfdşlıq sənədinə ciddi reaksiya göstərilməsini gözləyirik".
Süleyman
Bu mövzuda digər xəbərlər:Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır?
05 Avqust 2025 15:38
Rusiyanın Cənubi Qafqazda gizli oyunu üzə çıxdı ŞƏRH
24 May 2025 08:31
Rusiyanın müdafiə naziri: Regiondankənar qüvvələr Cənubi Qafqazda fəallaşır
28 May 2025 14:18
İran və Rusiyanın Cənubi Qafqazda maraqları fərqlidir Səfir
14 Noyabr 2024 12:29
Bu razılaşma Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflədəcək Politoloq
07 Avqust 2025 14:06
Baxış sayı:87
Bu xəbər 15 Yanvar 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















