Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır?

Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya özü özünü Cənubi Qafqazda gedən proseslərdən kənarda qoydu.

Bəzi şərhçilər deyir ki, Rusiya Ukraynadakı müharibədə zəif düşdüyü üçün MDB üzrə müttəfiülər, o cümlədən, Cənubi Qafqaz dövlətləri Moskvadan uzaqlaşdı. Bu fikirdə, əlbəttə, həqiqət payı var. Özünə qardaş olan xalqla bu cür amansız davranan siyasi rejimin yanında kim dayanmaq istəyər ki?! Deməli, yenə də hadisələrin bu cür inkişafında Rusiya özü günahkardır. Amma bu, çox sadə izah olardı. 2000-ci illərin əvvəllərindəki Rusiya indikindən güclü idimi?! Təbii ki, bəli. O zaman niyə Gürcüstanı Qərbə uduzdu?! Bir neçə il sonra Tiflisdə hakimiyyəti dəyişib, özünə tabe etmək üçün Gürcüstana qoşun yeritdi, iki regionu Gürcüstandan qoparıb, "müstəqil dövlət" adı ilə tanıdı. Yenə də Gürcüstanı öz tabeliyinə qaytarması mümkün olmadı.

Eyni proses bir az fərqli şəkildə Azərbaycanla və Ermənistanla baş verir. Bu iki ölkə ilə Rusiya "soyuq müharibə" rejiminə keçib. 30 il Moskva Ermənistanla Azərbaycan arasında hərbi münaqişəyə "patronajlıq" edib, hər iki ölkəni öz təsiri altında saxlayırdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etdikdən sonra isə Rusiya artıq bu iki respublika arasında sülh prosesini öz inhisarına almağa və vasitəçi adı altında yenə də bölgənin"patronu" olaraq qalmaq istəyir. Ancaq artıq regionda fərqli goeoiyasi reallıqlar var. Rusiya Azərbaycanla Ermənistan arasında sülhü yubatmaqla bölgədə qalmağa çalışarkən, ABŞ sülh tezləşdirməklə regiona gəlməyi düşüür. İki fərqli strateji yanaşma Cənubi Qafqazda üz-üzə gəlib. Üstəlik Rusiya ilə ən çətin məqamlarda - ən sərt təzyiqlər altında belə əlaqələri qoruyub saxlamış Türkiyə də Cənubi Qafqazın gələcəini sülhdə və tərəfdaşlıqda görür. İyulda - Azərbaycan prezidenti İlham Əliyebin və Ermənistan baş naziri Nikol Paşinyanın Əbu-Dabidəki görüşü ərəfəsində hər iki liderin Türkiyəyə səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşü heç də səbəbsiz deyildi. İstər Türkiyə, istərsə də indi ABŞ Cənubi Qafqaz problematikasına Rusiyadan fərqli yanaşırlar. Ankara və Vaşinqton Bakı ilə İrəvan arasında sülh danışıqlarına, eləcə də, regional kommunikasiyaların açılması məsələsinə tərəflərə kömək prizmasından yaxınlaşırsa, Moskva əksinə bu prosesi idarə etmək ambisiyası ilə yaşayır. Təbii ki, söhbət təkbaşına idaretmədəm gedir.

Moskvanın bu yanaşması, təbii ki, Azərbaycanı və onun yaxın müttəfiqi Türkiyəni qane etmir və edə bilməz. Ermənistan isə Rusiyanı prosesdən ümumiyyətlə, kənarlaşdırmağa çalışır. Əgər Rusiya ABŞ-ın indi getdiyi yolla getsəydi, bəlkə proseslər indikindən çox fərqli məcraya düşərdi. Amma Rusiya bütün məsələləri güclə təhdid etməklə və hətta güc tətbiq etməklə həll edə biləcəyini düşünür. Buna görə də uduzur.

Rusiya siyasi isteblişmentindən və generalitetindənAzərbaycana da qarşı hərbi güc tətbiqi çağırışları və hədələri eşidilir. Rusiyanın Birinci kanalı özünü axırıncı yola qoyub; Azərbaycan dövlətinə, xalqına, prezidentinə qarşı təhqir və təhdid dolu çıxışlara tribuna verir. Eləcə də, başqa kanallar.

Çox qəribə məntiq formalaşdırıblar: bir yandan, Azərbaycanı müharibə ilə hədələyirlər, o biri tərəfdən də, Azərbaycanın Türkiyə ilə hərbi və təhlükəsizlik sahəsində müttəfiqlik münasibətlərindən qıcıqlanırlar. Açması belədir: mən sənə nə istəsəm edə bilərəm, amma sən özünü müdafiə edə bilməzsən. Absurd bir yanaşmadır, elə deyilmi?!

Azərbaycan, təbii ki, öz təhlükəsizliyuni təmin etməlidir. 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Hər iki ölkənin parlamentlərində bu sənəd ratifikasiya olunub. Bununla Azərbaycanla Türkiyə arasında müttəfiqlik ən yüksək səviyyəyə çatıb. Bu il iyulun 22-də isə İstanbuldakı İDEF-2025 sərgisi çərçivəsində Azərbaycan və Türkiyə müdafiə nazirləri "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" imzalayıblar. Bu, artıq qarşılıqlı müdafiə və təhlükəsizlik əməkdaşlığını daha da konkretləşdirir. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün APA-ya müsahibəsində bu anlaşmanı şərh edərkən deyib:

"Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun imzalanması tarixi hadisədir. Xüsusilə hər iki ölkənin müstəqilliyini, təhlükəsizliyini üçüncü tərəflərə münasibətdə qoruyan çox strateji bir sənəddir”. Başqa sözlə, Azərbaycana və ya Türkiyəyə üçüncü bir ölkədən hərbi təhlükə yaranarsa, tərəflər bu təhlükəyə qarşı birlikdə hərəkət edəcəklər. Odur ki, bu gün Rusiyadan Azərbaycana yönələn bu cür təhdidlər həm də onun müttəfiqi olan Türkiyəyə qarşı edilmiş sayılır. İndiki halda özünü Ukraynada hərbi-siyasi bataqlığa salmış Rusiya Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya gələrmi?! Əgər belə bir addım atarsa, nəticəsi özü üçün təbii ki, ağır olar. O zaman Rusiya özünü tam təcrid vəziyyətinə salar. Yəqin ki, Moskvada bu perspektivləri düzgün hesablaya bilən, nəticələri adamlar az da olsa, hələ var.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri