Icma.az
close
up
RU
Rusiyanın Cənubi Qafqazda gizli oyunu üzə çıxdı ŞƏRH

Rusiyanın Cənubi Qafqazda gizli oyunu üzə çıxdı ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri uzun müddət pozaraq ümid edirdi ki, nəticədə Avropa İttifaqı (Aİ) ilə daha sıx əlaqələr üçün müsbət siqnallar alacaq. Amma hadisələrin gedişatı göstərdi ki, Ermənistan Aİ-ni ümumiyyətlə maraqlandırmır, bu regionda Qərbin elə də ciddi təsiri yoxdur. 

Üstəlik, Gürcüstan məsələsi həll olana qədər onlar İrəvana müraciət etməyi ciddi hesab etmirlər. Bununla belə, Paşinyan siyasəti ilə özünü geosiyasi tələyə saldığını artıq dərk edib. Çünki ABŞ-də Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Nikolun xaricdəki mövqeyi daha da zəiflədi. Bu amilləri nəzərə alan Paşinyan Moskva ilə korlanmış münasibətləri bərpa etmək istəyir və Kremlin tələblərinə boyun əyməyə hazırlaşır. Rusiyanın XİN başçısı Sergey Lavrovun bir neçə illik fasilədən sonra İrəvana səfəri də bunu göstərir. Görüşlər və birgə mətbuat konfransı zamanı verilən açıqlamalardan aydın olur ki, tərəflər bir-birlərinə qarşı inciklikləri keçmişdə buraxmağa çalışmalı olduqları tezisləri səthi şəkildə, könülsüz formada səsləndirirlər. Amma aydındır ki, Ermənistanın Rusiyaya, Moskvanın da İrəvana qarşı inamsızlıq mühiti aradan qalxmayacaq. Eyni zamanda Lavrovla Paşinyanın bağlı qapılar arxasında hansı danışıqlar apardığını, Kremlin hansı təlimatlarını gətirdiyini bilmək olmur. Bu, bir müddət sonra baş verən hadisələrdən sonra aydınlaşacaq.


Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Sergey Lavrovun Cənubi Qafqazda hadisələrin inkişafına təsirsiz ötüşməyəcək Ermənistana səfəri Moskvanın İrəvanda itirilən mövqelərini bərpa etməyin mümkünlüyünü qiymətləndirmək məqsədi daşıyırdı. Ekspertin sözlərinə görə, səfərə Moskva-İrəvan xəttində baş verən hadisədən daha çox, geosiyasi müstəvidəki proseslər kontekstində baxa bilərik:

 "2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra beynəlxalq təcridlə üzləşən Moskvanın postsovet məkanında təsir imkanları müzakirə mövzusuna çevrildi və mərkəzdənqaçma addımları ən çox İrəvan tərəfindən sərgilənirdi. Bu, təkcə Paşinyan hakimiyyətinin qərbmeyilli siyasi xəttin daşıyıcısı olmasından irəli gəlmir. Həm də Qərb-Rusiya mübarizəsinin Cənubi Qafqaz cəbhəsində platforma rolunun Gürcüstandan Ermənistana keçməsi – Gürcüstanda itirilən mövqelərin burada kompensasiya edilməsi prosesinin tərkib hissəsi idi. Müharibənin davam etdiyi müddətdə Ermənistan hakimiyyəti Rusiyanın mövqelərini kifayət qədər zəiflədə bildi. Hərçənd, təsir rıçaqlarını hələ tam itirməyən, xüsusilə iqtisadi müstəvidə, Moskvanın İrəvana “səbr etməsi”nin iki mümkün səbəbi görünürdü. Birincisi, Paşinyan hakimiyyətinin anti-Rusiya siyasətinə əsas verməmək və erməni ictimai rəyindəki “xilaskarlıq” imicini qoruyub saxlamaq idi. Digər səbəb isə odur ki, Moskva Cənubi Qafqazda “ikinci cəbhənin” açılması risklərini dəyərləndirirdi". 


Analitik qeyd edib ki, son üç ildə Rusiya-Ermənistan ticarət dövriyyəsinin 2,6 milyarddan 16 milyarda çatması hər iki tərəfin qazanclı çıxdığını göstərir: 

"ABŞ və Rusiya arasında Ukrayna məsələsində danışıqlar başlanması və ümumilikdə geosiyasi müstəvidə razılaşma perspektivlərinin ön çıxması fonunda Moskvanın diqqətini yenidən postsovet məkanına yönəldəcəyi gözləntisi var idi. Lavrovun İrəvana səfəri Rusiyanın prosesə ən çox “qan itirdiyi” Ermənistandan başladığı deməkdir. Hədəf mövqelərini qorumaq, xüsusilə 102-ci hərbi bazanın gələcəyini təmin etmək, rəsmi İrəvanın anti-Rusiya və Avropameyilli siyasətini ən azı səngitməkdir. Lavrovun İrəvandakı bəyanatları da Avropaya ümid etməyin Ermənistan üçün mənfi nəticələrini izah etməyə köklənmişdi. Bu kontekstdə iki bəyanatı xüsusilə əhəmiyyətli idi. Bunlar regionun problemləri regional müstəvidə həll etməsi və Qərbin Cənubi Qafqazın Rusiya, Türkiyə və İranla birləşməsinin qarşısını almağa çalışmasıdır. Bu, Ermənistanda Rusiyanın boşalan yerini ələ keçirmək ssenarisini dəyərləndirən region ölkələrinə “təhlükənin Qərbdə gəldiyi” mesajının çatdırılması və İrəvana regional müstəvidə təklənə biləcəyini izah etməyə hesablanmışdı. Paşinyan və Mirzoyanın ritorikasındakı Rusiyayönümlü dəyişiklik isə İrəvanın təkcə xəbərdarlıq mesajını gətirən Lavrovun “problemsiz yola salınması”ndan yox, həm də mövcud reallıqlar fonunda Moskva ilə qarşıdurma kursuna korrektlərin edilməsindən qaynaqlanır. Və hadisələrin inkişafında mümkündür ki, İrəvan Brüsselə yaxınlaşmada müəyyən qədər geri çəkilməklə Moskvaya loyallaşma xəttini davam etdirəcək. Moskva da bir tərəfdən Paşinyan hakimiyyətinin önündə maneələr yaratmaqla özündən asılılığını artırmağa, digər tərəfdən, rəsmi İrəvana müəyyən jestlər etməyə çalışacaq". 


A.Nərimanlıya görə, burada ən vacib məqam Moskva-İrəvan xəttindəki mümkün loyallaşma perspektivlərinin Bakı-İrəvan xəttindəki proseslərə təsiridir: 

"Bu kontekstdə Lavrovun İrəvanda səsləndirdiyi “Rusiya Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün hər cür yardım etməyə hazırdır” bəyanatı suallar doğurur. Çünki İrəvan 2022-ci ilin sentyabrında sərhəddə baş verən döyüşlərdən sonra KTMT və Rusiyanı Azərbaycan qarşısında Ermənistanı müdafiə etməməkdə ittiham edərək, Moskvadan sürətli uzaqlaşma xəttini tutdu. Bu döyüşlərin nəticəsində Azərbaycan ordusunun sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa etməsini Ermənistan “ərazi bütövlüyünün pozulması” iddiası ilə şərh edir. Bu baxımdan, Lavrovun “ərazi bütövlüyünün təmin edilməsinə dəstək” sözləri Azərbaycana qarşı Ermənistanı dəstəkləmək vədi kimi görünür. Hərçənd, bunun praktiki müstəvidə necə baş verəcəyi sual altındadır, çünki Bakıya qarşı İrəvanın maraqları kontekstində addımların atılması Moskvanın regiondakı mövqelərinə müsbət perspektiv vəd etmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 May 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri