Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
Icma.az, Missiya.az saytına istinadən bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı Konstantinos Kombos ilə telefon danışığı zamanı bu ölkənin Avropa İttifaqı sədrliyi dövründə bölgədə sülh prosesinə verəcəyi töhfəni müzakirə edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, Kiprin xarici işlər naziri Azərbaycanın Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Telefon danışığı zamanı Kiprin 2026-cı ilin ilk yarısında Avropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgədə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 20 Avqust 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















