Icma.az
close
up
RU
Cənubi Qafqazda uzunmüddətli sabitliyin gələcəyi

Cənubi Qafqazda uzunmüddətli sabitliyin gələcəyi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İrəvanın Ankara və Bakı ilə münasibətlərində “etimad sınağı”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sülh naminə atılan addımların bütün dünya üçün nümunə olmasını istədiklərini bildirib. O, məlum fikri İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak edən müxtəlif ölkələrin parlament sədrlərini qəbul edərkən səsləndirib.

Tarixi görüşdə səslənən qətiyyətli sözlər regionun siyasi xəritəsinin mühüm şəkildə dəyişməsini bəyan edir. “Cənubi Qafqazda sülh və rifahın hökm sürəcəyi gələcəyin qurulması istiqamətində atılan addımları alqışlayırıq və qeyd edilən nailiyyətin bütün dünya üçün nümunə olmasını istəyirik”, – deyə Ərdoğan vurğulayıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə onilliklər davam edən düşmənçilikdən sonra İrəvan və Bakı arasında “etimadın formalaşmasında yeni eranın” başlandığını bildirib. Simonyan, həmçinin Türkiyəni regionda sabitliyin təmin olunması prosesinə qoşulmağa rəsmi şəkildə dəvət edərək, qonşu dövləti “sülhün qurulması prosesində tamhüquqlu tərəfdaş” olmağa çağırıb.

Ermənistan rəhbərliyinin siyasi baxış spektrində yaranan mövcud transformasiya xüsusi haldır. 1991-ci ildə müstəqillik əldə edildikdən dərhal sonra yaranan kəskin gərginlik, 1994-cü ildə atəşkəslə nəticələnən şiddətli qarşıdurma Cənubi Qafqazı daim münaqişə zonasına çevirmişdi. İllər uzunu rəsmi İrəvan fərqli xarici güclərə arxalanaraq təcrid siyasəti yürütdü, ancaq həmin fəaliyyət fəlakətli siyasi böhranlara gətirib çıxardı. 2020-ci ilin payızında cərəyan edən əsaslı hərbi-siyasi dəyişikliklər regionda real güc balansını bərqərar etdi. Xüsusilə də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra reallıq qəti şəkildə formalaşdı. İndi, 2026-cı ilin geosiyasi şərtlərində Ermənistan elitası dərk edir ki, kənar güclərin Cənubi Qafqaza müdaxiləsi heç vaxt sülh gətirmir. Qərb və ya digər uzaq mərkəzlərdən asılılıq əvəzinə, Ankara və Bakı ilə bilavasitə siyasi dialoq ən təhlükəsiz strateji yoldur.

Türkiyənin hazırkı qlobal miqyaslı fəaliyyəti Alen Simonyanın son bəyanatlarında mərkəzi yeri tutur. Rəcəb Tayyib Ərdoğan hazırda Yaxın Şərq, Qara dəniz hövzəsi və Aralıq dənizi regionlarında sülh yaradan əsas ölkədir. Ermənistanın Parlament sədri tərəfindən bu faktın etiraf edilməsi tarixi addımdır. Əsrdən çox müddətdə formalaşan antitürk təbliğatı, rəsmi İrəvanın dövlət ideologiyasını zəhərləyən yanlış paradiqmalar artıq kənara atılır. Türkiyəni sülhün tamhüquqlu tərəfdaşı adlandırmaq İrəvanın ənənəvi stereotiplərdən imtina etdiyini nümayiş etdirir. Simonyanın Türkiyə liderini dünya çəkili nüfuzlu rəhbər kimi qəbul etməsi qlobal rəqabət şəraitində rəsmi Ankaranın diplomatik qələbəsidir. Azərbaycan hər zaman region dövlətlərinin iştirakı ilə problemlərin həll edilməsinin vacibliyini bəyan edib.

Azərbaycanın son illər həyata keçirdiyi dəqiq hesablanmış və təmkinli diplomatiyası indiki tarixi nailiyyətin təməl daşını təşkil edir. Rəsmi Bakı əldə edilən hərbi qələbəni qısa zamanda siyasi və diplomatik qələbəyə çevirməyi bacardı. Müharibədən sonrakı mərhələdə qonşu dövlətə təqdim edilən sülh prinsipləri beynəlxalq hüququn təməl normalarına əsaslanırdı. İrəvan uzun müddət həmin prinsipləri fərqli bəhanələrlə rədd etməyə çalışsa da, yekunda başqa alternativin olmadığını anladı. Hazırkı mərhələdə iki dövlət arasında qarşılıqlı etimadın yaradılması prosesi gedir. Cənubi Qafqazın suveren subyektləri arasında aparılan mövcud müzakirələr vasitəçisiz, müdaxiləsiz formatda həyata keçirilir. Xarici diktənin mövcud olmadığı şəraitdə əldə edilən razılaşmalar daha dayanıqlı və uzunömürlü olur. Türkiyənin həmin prosesi dəstəkləməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında dayanması regional arxitekturanın sarsılmazlığını göstərir.

Siyasi strategiyaların müqayisəsi göstərir ki, Şərqi Avropa və ya Yaxın Şərqdə davam edən qanlı qarşıdurmalar xarici diktələrlə həllini tapmır. Azərbaycan rəhbərliyinin konseptual yanaşması Cənubi Qafqazı kənar güclərin rəqabət meydanından çıxarmaq üzərində qurulub. Türkiyənin iştirakı beynəlxalq hüququn qorunması məqsədi daşıyır. Ermənistanın onilliklər boyu yaratdığı miflər süqut etdikcə, siyasi meydanda reallıq hissi üstünlük qazanır. R.T.Ərdoğan sülhü dəstəkləyərkən yalnız Qafqazı düşünmür, ümumən dünya xəritəsində ədalətin bərqərar olunması üçün konkret məsələlər nümayiş etdirir. Bu amillər isə BMT nizamnaməsinə və dövlətlərin ərazi bütövlüyü prinsiplərinə şərtsiz hörmət tələb edir.

***

Tarix göstərdi ki, uzaq coğrafiyalardan regiona müdaxilə etmək istəyən güclərin məqsədi heç vaxt sülh və sabitlik olmayıb. 1992-ci ildən etibarən fəaliyyət göstərən, lakin məsələnin həlli istiqamətində real heç nə etməyən ATƏT-in Minsk qrupu kimi institutlar münaqişəni donduraraq manipulyasiya aləti kimi istifadə edirdi. Bu gün Alen Simonyanın “etimadın formalaşmasında yeni era” konsepsiyası bilavasitə siyasi iflasdan xilas olmaq strategiyasıdır. Regional ölkələr – Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiya kimi dövlətlər bölgənin taleyini müzakirə edərkən kənar elementlərin destruktiv təsiri sıfıra endirilir.

Parlament diplomatiyası müasir qlobal siyasətin ən təsirli mexanizmlərindəndir. Rəcəb Tayyib Ərdoğanın İstanbulda Parlamentlərarası İttifaqın Assambleyasında dünya qanunvericilərinə müraciət etməsi təsadüfi deyil. Qanunverici orqanların rəhbərləri qarşısında verilən mesajlar bilavasitə dünya dövlətlərinin elitalarına ötürülür. Türkiyə rəhbərinin Cənubi Qafqaz nümunəsi konsepsiyası qlobal böhranların həlli üçün təklif olunan xilas formuludur. Hazırda planetin müxtəlif qitələrində münaqişələr, qanlı müharibələr, sərhəd toqquşmaları alovlanır. Belə vəziyyətdə qonşuların keçmiş ədavəti unudaraq kompromisə gəlməsi, ortaq inkişaf arxitekturası qurması əvəzsiz hadisədir. Ermənistanın xalq tərəfindən seçilmiş qanunverici orqan rəhbərinin də məhz həmin mövqeyi bölüşməsi sinxron fəaliyyətin göstəricisidir. İrəvan anladı ki, davamlı konfrontasiya dövlətin təməllərini məhv edir. Yeni era köhnə iddiaları arxivə göndərməyi tələb edir.

Ermənistan diasporunun illər boyu İrəvanı fəlakətə sürükləyən zərərli ideologiyası da hazırkı mərhələdə sıradan çıxır. Xaricdə rahat şəraitdə yaşayan, lakin bölgəyə kin-küdurət ixrac edən dairələr Ermənistan sakinlərinin həyatını girov saxlamağa cəhd göstərirdi. Lakin hökumət anladı ki, diaspor illüziyaları ilə dövlət idarə etmək mümkün deyil. Simonyanın Türkiyə barədə müsbət tezislər səsləndirməsi məhz uzaqdakı təxribatçılara verilən rəsmi və qəti rədd cavabıdır. İrəvan açıq şəkildə bildirir ki, gələcək inkişaf ancaq və ancaq qonşularla səmimi, davamlı etimad mühitindən asılıdır. Azərbaycan tərəfinin prinsipiallığı, Türkiyənin mütləq dəstəyi radikal mərkəzlərin Cənubi Qafqaza nüfuz etməsinə keçilməz sədd çəkdi. Yaranmış sarsılmaz təhlükəsizlik halqası sülhün qarantına çevrilərək Ermənistanı tədricən sağlam siyasət orbitinə çəkir.

Türkiyə və Azərbaycanın siyasi, hərbi həmrəyliyi müasir beynəlxalq münasibətlər sistemində tayı-bərabəri olmayan modeldir. Şuşa Bəyannaməsi ilə hüquqi şəkildə möhkəmlənən ittifaq regiondakı bütün destruktiv qüvvələrin planlarını neytrallaşdırdı. İndi İrəvan tam şəkildə dərk edir ki, hər hansı təxribat, vaxtın uzadılması taktikası bütövlükdə nəhəng regional sülh arxitekturasına qarşı yönəlmiş dağıdıcı hərəkət kimi qiymətləndiriləcək. Alen Simonyanın Rəcəb Tayyib Ərdoğanı tərəfdaş kimi prosesə qoşulmağa çağırması məhz yeni mövcud güclə hesablaşmaq reallığından qaynaqlanır. İrəvan bununla təsdiqləyir ki, Cənubi Qafqazın gələcək taleyi rəsmi Ankaranın iradəsindən kənarda müzakirə edilə bilməz.

Cənubi Qafqaz hazırda planetin siyasi tarixində şanlı səhifə yazır. Rəcəb Tayyib Ərdoğanın məsələlərə fəlsəfi yanaşması və qlobal çağırışı təsadüfi yaranmayıb, o cümlədən Ermənistan tərəfinin illər sonra səmimiyyətə inam bəsləməsi uzun yolun yekunudur.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri