Icma.az
close
up
RU
Cənubi Qafqazda sabitliyin Bakı Formulu ŞƏRH

Cənubi Qafqazda sabitliyin Bakı Formulu ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

1 iyul 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursulo Fon der Lyayen ilə Bakıda geniş tərkibdə görüşü baş tutdu.

Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında baş tutan görüş zamanı regional sülh gündəliyi, enerji əməkdaşlığı, iqtisadiyyat və bağlantılar kimi əsas mövzular müzakirə edildi. Söhbət zamanı Ursula Fon der Lyayen qeyd etdi ki, Avropa İttifaqı sülh prosesinə və yerli icmalara dəstək məqsədilə 20 milyon avro əlavə vəsait ayırıb.

Görüş zamanı Avropa Komissiyasının Prezidenti Ursulo Fon der Lyayen onu da qeyd etdi ki, “Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir”. Bundan başqa Fon der Lyayen Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı rolunda çıxış etməsini, həmçinin bu xüsusda göstərdiyi liderliyi də xüsusi olaraq qiymətləndirdi.

Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursulo Fon der Lyayen arasında baş tutan görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin edilməsi, ikitərəfli ticarət münasibətlərinin başlanması və Azərbaycandan Ermənistana neft və neft məhsullarının icraçı, eyni zamanda üçüncü ölkələrdən də Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən tranzit keçidi barədə geniş söhbət aparıldı. Prezident İlham Əliyevin sülhün təmin edilməsi məqsədilə gördüyü işlər və apardığı islahatlar Avropa Komissiyasının Prezidenti tərəfindən müsbət dəyərləndirildi. Bundan başqa xanım Ursula Fon der Lyayen qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə hərtərəfli dəstək də göstərməyə hazırdır.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhün real amilə çevrildiyini qeyd edərək bildirdi ki: “Biz 30 il işğal şəraitində yaşadıq, suverenliyimizi və ərazi bütövlüyümüzü öz gücümüzlə, hərbi və siyasi yollarla bərpa etdik. Ermənistana sülh təklif etdik. İndi sülh bir reallıqdır, lakin biz onun davamlı, daimi olması üçün çox çalışmalıyıq”.

Görüş zamanı Prezident İlham Əliyev Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolunu qeyd etdi, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini də bildirdi.

Söhbət zamanı Prezident İlham Əliyev qeyd etdi ki, “Avropa Komissiyası və Avropa İttifaqı rəsmiləri ilə əlaqələrdə son dərəcə aktiv və dinamik bir mərhələ yaşanır”. Daha sonra Prezident İlham Əliyev fikrini davam etdirərək, bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın, may ayında isə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərlərini xatırladaraq, xanım Fon der Lyayenin cari səfərini münasibətlərin gücləndirilməsinə olan qarşılıqlı istəyin göstərici kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna toxunuldu, onun etibarlı tərəfdaş olması, 2022-ci ildən sonra ölkəmizdən Avropa İttifaqına qaz ixracının həcminin artması da yada salındı. Görüş zamanı o da qeyd edildi ki, hazırda Azərbaycan qazının yarısı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir. Söhbət zamanı tərəflər həmçinin bərpaolunan enerji və yaşıl enerji dəhlizi layihələrini də müzakirə etdilər.

Prezident İlham Əliyev “xarici və yerli şirkətlərlə imzalanmış müqavilələrə əsasən, yaxın 5-6 il ərzində ölkədə 8 giqavat həcmində günəş və külək enerjisi istehsalının hədəfləndiyini”, Azərbaycanın gələcəkdə Avropaya təmiz elektrik enerjisi ixrac edən mühüm qovşağa çevriləcəyini də diqqətə çatdırdı.

Tərəflər arasındakı dialoq zamanı Prezident İlham Əliyev onu da qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin 40%-dən çoxu məhz Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Bundan başqa Avropa İttifaqının regional ticarətinin təxminən 70%-nin də məhz Azərbaycanla həyata keçirildiyi qeyd edildi.

Prezident İlham Əliyev coğrafi üstünlüklərdən, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən infrastrukturdan söz açaraq, regional qoşulma məsələlərinin də müzakirələrdə mühüm yer tutduğunu qeyd edərək, qonşularla qurulan yaxşı münasibətlərin bütün tərəflərin xeyrinə olan geniş əməkdaşlıq formatı yaratdığını vurğuladı.

Görüş zamanı Avropa İttifaqının Cənubi Qafqazdakı əlaqələndirmə layihələrinə 200 milyon avroya qədər “Global Gateway” sərmayə paketi elan etməsi, Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında mühüm tranzit rolunu daha da möhkəmləndirməsi qeyd edildi.

Dövlət Başçısı İlham Əliyev Avropa Komissiyasının göstərdiyi dəstəyi və regionda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirdiyini də ifadə etdi.

Görüşün sonunda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə mətbuat konfransı keçirdi, geniş video və press-relizlər rəsmi olaraq paylaşıldı.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı,

Azərbaycan Milli Konservatoriyası nəzdində

incəsənət gimnaziyasının müəllimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri