Icma.az
close
up
RU
Cənubi Qafqazda yeni geosiyasi sülh və güclü liderlik nümunəsi

Cənubi Qafqazda yeni geosiyasi sülh və güclü liderlik nümunəsi

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Son günlər xalqımız və dünya bir daha tarixə şahidlik etdi. Gecə yarısı, milyonlarla insan kimi mən də televizor qarşısında, nəfəsimi tutaraq üçtərəfli bəyanatın canlı yayımına baxırdım. O anlarda cənab Prezidentimiz İlham Əliyevin çıxışı gözlərimin önündə sadəcə bir liderin nitqi deyildi – bu, bir millətin tarixə dönən baxışları, qüruru və öz əzminə verdiyi cavab idi. Gözlərindəki o qətiyyət, səsindəki inam bizi də ruhlandırırdı.
Cənab İlham Əliyev 22 illik prezidentliyi ərzində səbrlə, uzaqgörənliklə qurduğu yol bu gün sülhün bərqərar olması ilə nəticələndi. Bu, sadəcə siyasi bir zəfər deyildi – bu, ata vəsiyyətinə sədaqətin, tarix qarşısında duruşun ən parlaq təcəssümü idi. Əldə olunan sülh, həm də gələcək nəsillərin savaşsız, sabit bir regionda yaşamaq haqqının təsdiqi oldu.
Sülhə aparan yolda Donald Trump və İlham Əliyev arasında qurulan şəxsi münasibətlər diplomatiyaya canlı nəfəs verdi.
Donald Trump cənab Prezidentimizi Ağ Evdə “Mənim dostum gəldi!” deyə qarşılaması heç də sadə diplomatik jest deyildi. Bu, iki lider arasında yaranmış qarşılıqlı etimadın, dostluğun, siyasi vizyonun təzahürü idi. ABŞ tərəfindən 33 ildən sonra 907-ci düzəlişin ləğv olunması, ATƏT-in Minsk Qrupunun tarixin arxivinə göndərilməsi, qısa zamanda həyata keçirilən “Tramp Marşrutu” və nəhayət, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və münasibətlərin təsisi haqqında Saziş” layihəsinin imzalanması Azərbaycanın haqq mübarizəsinin beynəlxalq səviyyədə tanınmasının təsdiqi idi.
Bu razılaşmalar yalnız bir münaqişənin bitməsi deyil, həm də Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi dövrün başlanğıcı oldu. Artıq biz təkcə sabitlikdən deyil, inkişafdan, əməkdaşlıqdan, birgə quruculuqdan danışırıq. Bu uğurların təməlində isə cənab Prezidentin müdrik siyasəti, ordumuzun qəhrəmanlığı, şəhidlərimizin əbədi iz qoyan fədakarlığı və xalq-iqtidar birliyinin sarsılmaz gücü dayanır.
Sənan Hüseynov – Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini, ADNSU IV kurs tələbəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Avqust 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri