Icma.az
close
up
RU
Cənubi Qafqazı aydın, rəvan inkişaf yoluna çıxaran Lider

Cənubi Qafqazı aydın, rəvan inkişaf yoluna çıxaran Lider

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Artıq qlobal miqyaslı siyasi nüfuz aktoruna çevrilmiş cənab İlham Əliyevin ölkəmiz adına son bir neçə ildə əldə etdiyi əlahiddə nəticələrin mahiyyətinə diqqət yetirdikdə, həmin nailiyyətlərin bu qədər çevik şəkildə - qısa zaman ərzində qazanıldığına bəzən heyrətlənənlər də olur. Lakin son illərin bu parlaq uğurlarına fokuslanarkən, onlara gətirib çıxarmış hazırlıq proseslərinin mükəmməlliyini də diqqətdən kənarda qoymamalıyıq.

Bu proseslər hazırda göz önündəki tarixi nəticələr kimi qısa zamanda baş verməyib, hər birinə illərin, onilliklərin zəhməti, əziyyəti sərf olunub. 8 avqust 2025-ci ildə Ağ Evdə dövlət rəhbərimizin iştirakı ilə baş verən və qəlbi Vətənə bağlı bütün dünya azərbaycanlılarını qürurlandıran o unudulmaz anlar da əslində illərlə düzgün görülmüş işlərin, düzgün atılmış strateji addımların, düzgün hesablanmış qərarların məntiqi nəticədir.
Ağ Evdəki o əzəmətli anların ilk epizodları əslində, çox-çox əvvəldən - cənab İlham Əliyevin 2003-cü ilin 31 oktyabrında Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə and içdiyi dəqiqələrdən başlanır...
Həmin andiçmə mərasimindəki çıxışın mətnini illər sonra tarixçi nəzəri ilə yenidən gözdən keçirdikcə, hər cümləsi üzərində düşündükcə, təxminən 22 il əvvəl səsləndirilmiş o kəlmələrlə müasir reallıqlar arasında paralellər apardıqca əmin olursan ki, cənab İlham Əliyev o zaman Azərbaycan xalqı qarşısında sadəcə and içmirdi. O, 22 il ərzində tarixin ən qüdrətli Azərbaycanına gətirib çıxaracaq böyük, çətin və əzab-əziyyətli, amma şərəf və qürur dolu yolun dəqiq strateji xəritəsini təqdim edirdi.
8 avqust 2025-ci ildə dünyanın bir nömrəli paytaxtı - Vaşinqtonda, bir nömrəli ofisi – Ağ Evdə, dünyanın ən qüdrətli dövlətinin Prezidenti D.Trapmın iştirakı ilə yaşanan o anlar, həmin məqamları əbədiləşdirən görüntülər tarixin ən güclü Azərbaycanının möhtəşəm rəsmidir...
Ən əsası isə Prezident İlham Əliyevin qüdrətli liderliyinin, müzəffər komandanlığının, peşəkar diplomatiyasının, mahir siyasətinin ən parlaq rəmzi, təntənəsidir!..
Ölkəmizin ərazi bütövlüyü, suverenliyi, üzləşdiyi işğal probleminin həlli məsələsinə baxışla bağlı qətiyyətli mövqeyin ifadəsi kimi Azərbaycan Respublikasının Prezidenti statusunda and içdiyi ilk dəqiqələrdən cənab İlham Əliyevini fəaliyyət kredosuna çevrildi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Müzəffər Ali Baş Komandan 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında Ordumuzun gücü ilə əldə etdiyimiz şanlı Qələbəyə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bütün dünyada – hətta Ermənistanda da qəbul edilməsi faktına qədər bu mövqeyindən bir addım da olsun geri çəkilmədi.
Həyata keçirdiyi siyasəti, diplomatiyanı, strateji gedişləri məhz belə bir haqlı mövqe, belə bir aydın həqiqət ətrafında qurdu. İllərlə Azərbaycana və dövlət rəhbəri kimi şəxsinə yönələn təzyiq və təhdidlər onun qətiyyətini sarsıda bilmədi. Nəticədə cənab İlham Əliyev dövlətimiz, xalqımız adına istədiyinə nail oldu. İllərdən bəri bizə ağır faciələr, itkilər yaşatmış, inkişaf yolumuzda ən böyük əngəl olmuş problemin gələcək nəsillərə “miras” qalmasına, onların da ömrünü zəhərləməsinə imkan vermədi.
Bu, qətiyyətin təntənəsidir: Azərbaycan Prezidenti əsrlərin müşkülünü yoluna qoydu, təkcə Azərbaycanı deyil, ümumilikdə Cənubi Qafqazı böyük bir çıxılmazlıqdan aydın, rəvan inkişaf yoluna çıxardı!
Əsrlərlə bu torpaqlarda davamlı sülhün, mehriban qonşuluq münasibətlərinin, faydalı əməkdaşlıq əlaqələrinin olmasını arzulayan, bu amal uğruna çalışan düşüncə adamlarımızın arzularını reallığa qovuşdurdu!
Öz maraqları üçün regionumuzu qan çanağına döndərmək istəyən və əfsuslar olsun ki, buna zaman-zaman nail olan xarici dairələrin oyununu pozdu, onların əsrlərdən bəri reallaşdırdıqları projeləri sonlandırdı, eyni zamanda bütün bunların bir də heç zaman baş verməməsi üçün möhkəm təminatlar formalaşdırdı!
Belə bir məqsədin reallaşdırılması, “Azad Qafqaz Evi” ideyasının gerçəyə, bölgəmizin sülh və inkişaf cənnətinə çevrilməsi Cənubi Qafqazın ən güclü Liderinin – Azərbaycan Prezidentinin üzərinə götürdüyü yeni tarixi missiyadır!
Vaşinqtonda izlədiyimiz epizodlar da cənab İlham Əliyevin bu torpaqlarda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın təmin olunması, bölgənin son dərəcə əlverişli qlobal imkanlarından həm region xalqlarının, həm də dünyanın yararı üçün istifadə etməkdən ötrü üzərinə götürdüyü tarixi missiyanın ifadəsi idi.

Arzu Abdullayev

Naxıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri