Icma.az
close
up
RU
Çəpgözlük vaxtında müalicə olunmalıdır Oftalmoloq

Çəpgözlük vaxtında müalicə olunmalıdır Oftalmoloq

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bəzi uşaqlar çəpgözlük kimi tanınan görmə pozuntusundan əziyyət çəkirlər. Bu hal bəzən sonradan yaransa da, elə uşaqlar da var ki, problem onlarda anadangəlmə olur.

Oftalmoloq-həkim Hafiz Qəhrəmanov Metbuat.az-a açıqlamasında bildirib ki, çəpgözlük gözlərin paralelliyinin pozulması ilə müşayiət olunur və bu, həm tibbi vəziyyət, həm də estetik qüsur hesab edilir.

Həkimin sözlərinə görə, bu hal ən çox uşaqlarda müşahidə edilir və bunun müxtəlif səbəbləri olur:

“Çəpgözlük anadangəlmə və ya qazanılma olmaqla iki əsas qrupa bölünür. Doğulduqdan sonrakı ilk altı ay ərzində ortaya çıxan çəplik anadangəlmə hesab olunur. Daha gec dövrdə aşkar olunan çəplik isə qazanılma sayılır. Səbəbləri arasında irsi-genetik amillər yer alır. Həmçinin, bətndaxili inkişaf zamanı ananın keçirdiyi və dölün inkişafına mənfi təsir göstərən infeksion və qeyri-infeksion xəstəliklər də çəpgözlüyə səbəb olur. Refraksiya qüsurları – miopiya, hipermetropiya və astiqmatizm, eləcə də göz tənbəlliyi və nevroloji səbəblər bu vəziyyəti yaradan digər amillər sırasına daxildir”.

H.Qəhrəmanov qeydedib ki, çəpgözlüyün müalicəsində müvafiq eynəklərdən istifadə olunur:

“Göz məşqləri tətbiq edilir. Göz tənbəlliyi aradan qaldırılır, binokulyar görmə bərpa edilir. Zərurət yarandıqda cərrahi müdaxilə həyata keçirilir. Müalicəyə nə qədər erkən başlanılırsa, nəticə bir o qədər uğurlu və tez olur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 İyun 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri