Icma.az
close
up
RU
Çəpgözlük və onun cərrahi müalicəsi

Çəpgözlük və onun cərrahi müalicəsi

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Uşaqlarda çəpgözlük ciddi və çox yayılmış xəstəlikdir. Planetimizdə yaşayan təxminən 120 milyon uşaq  çəpgözlükdən əziyyət çəkir ki, bu da 1.5-3.5% təşkil edir.

Çəpgözlük heç də təkcə psixoloji cəhətdən problem yaradan kosmetik çatışmazlıq deyil, insanın həyat fəaliyyətinə mane olan, peşə  seçiminə əngəl yaradan amildir.

Aydındır ki, 2 gözlə yaxşı görmək üçün onların hər ikisi birlikdə hərəkət etməlidir. Gözlərin birlikdə hərəkətinin formalaşması 2-3 yaşda başlayır. Elə bu vaxtda uşaqlarda çəpgözlük yaranır.  Çəpgözlük keçirilmiş yoluxucu xəstəlik, zədə, ciddi qorxma və baş beyinin xəstəlikləri nəticəsində yarana bilər.

Səbəb kimi həmçinin gözün optik çatışmamazlıqları – yaxındangörmə, uzaqdangörmə, astiqmatizm də qəbul  edilə bilər.

Çəpgözlük zamanı 1 göz düzgün vəziyyətdə olur, o biri isə tədricən burun və ya gicgah tərəfə yaxınlaşır. Belə düşünmək olar ki, bu zaman əşyaların görünməsi ikiləşir. Amma heç də həmişə çəpgözlükdə ikiləşmə olmur, çünki mərkəzi sinir sistemi çəpləşən gözün funksiyasını tormozlayır. Uyğun olaraq görmədə 1 sağlam göz iştirak edir, çəpləşən göz isə inkişafdan qalır və bu da öz növbəsində görmənin aşağı düşməsinə səbəb olur.

Beləliklə demək olar ki, çəpgözlük təkcə kosmetik çatışmamazlıq yaratmır, binokulyar funksiyaların  pozulmasına səbəb olur. Ona görə də çəpgözlüyü müalicə etmək üçün yalnız kosmetik çatışmazlığı aradan qaldırmaq deyil, çəpləşmiş gözün görməsini bərpa etmək lazımdır.

Uşaqlarda bu məsələ ilə məşğul olan həkimlər valideyinlərə məhz bunu aydınlaşdırılmalıdır ki, övladlarının çəpgözlüyündə  yalnız xarici görnuşü deyl, görmə itiliyini və binokulyar görməni də hökmən bərpa etmək, ən başlıcası isə bu işə vaxtında başlamaq lazımdır.

Əziz valideynlər , övladınızda hətta bircə dəfə də belə çəpləşmə hiss etdiyiniz vaxt onu dərhal həkim müayinəsindən keçirin. Problemin ilk anlarında müdaxilə çox asan başa gələn yüksək nəticə verir, gecikmə isə sonrakı fəsadlara səbəb olaraq normal görmənin bərpasına əngəl yarada bilər.

Əgər övladınız yazarkən və şəkil çəkərkən dəftər, ya albom üzərinə çox əyilirsə, oynayarkən oyuncaqları gözünə çox yaxın gətirirsə, gecikmədən həkimə müraciət edin.

Bundan başqa çəpgözlük həmişə görmə qabiliyyətinin pozulmasına səbəb olur. Çəp olan göz tənbəlləşir, görmə prosesində iştirak etmir ki, bu da gözün daha da zəifləməsinə, çəpgözlük bucağının çoxalmasına səbəb olur.

Normal iki gözlə görmək binokulyar görmə adlanır. Çəpgözlükdə isə bir gözlə baxılır. Buna da monokulyar görmə deyilir. Belə xəstələrin bir gözlə baxma vərdişi hətta kosmetik nöqsan aradan götürüldükdən sonra da qalır (baxmayaraq ki,  gözlər düz baxır). Buna görə də gözlərin binokulyar görməsini bərpa etmək üçün müalicəni əməliyyatdan sonra da davam etdirmək lazımdır.

Çəpgözlüyün müalicəsi 3 mərhələdən ibarətdir: konservativ, cərrahi əməliyyat və yenə də konservativ. Gözlər eynəklə düz baxırsa onda konservativ müalicə (eynək+apparatla müalicə) uzadılır. Əgər çəplik bucağı eynəklə də saxlanılırsa onda cərrahi əməliyyat təklif edilir.

Valideynlər başa düşməlidir ki, cərrahi əməliyyat bir mərhələli olduğu kimi,  iki və üç mərhələli də ola bilər. Bu çəpgözlüyün növündən, ambliopiyanın dərəcəsindən aslıdır və s. Buna baxmayaraq cərrahi əməliyyat nə qədər tez keçirilərsə çəpgözlüyün müalicəsi də bir o qədər tez bitər. Valideynlər unutmamalıdır ki, çəpgözlük müalicə edilir.

Müasir çəpgözlük əməliyyatları bir yox, lazım gəldikdə bir neçə mərhələdə aparılır.  Bu zaman bir və ya bir neçə göz alması əzələlərində cərrahi müdaxilə aparılaraq, hər bir əzələnin düzgün hərəkəti istiqaməti və göz alması ilə möhkəm birləşməsi təmin edilir.

10-14 yaşa qədər uşaqlarda əməliyyat ümumi narkoz altında aparılır. Daha böyük yaşlarda yerli anesteziya ilə həyata keçrilir.

Çəpgözlüyün profilaktik müayinəsi ilk dəfə uşaq anadan olduqdan 6 ay sonra, daha sonra 2 yaşında və 4-6 yaşlarında aparılmalıdır.

Əgər çəplik varsa müalicə məktəbəqədər dövrdə həyata keçirilməli, uşaq məktəbə sağlam getməlidir.

Çəpgözlüyün müalicəsi uğurla aparıldığı halda belə, aylarla, hətta illərlə çəkə bilər. O , həkim, valideyn və pasiyentin özündən böyük səbr, təmkin, inadkarlıq tələb edir.

Müalicəyə başlayan kimi , bir qayda olaraq uşaqlara gəzdirmək üçün eynək təyin edilir. Eynəklər görməni yaxşılaşdırır və çəpgözlüyü aradan qaldırır. Bu halda eynəyi  hökmən düzgün seçmək lazımdır.

Eynəyin təyinindən əvvəl 3 gün ərzində uşağın gözünə midriacil damızdırılır. Midriacil məhlulu hər gözə  1-2 damcı olmaqla gündə iki dəfə səhər və axşam damızdırılır. Prosedura ev şəraitində aparıldığından yüksək dəqiqlik və səliqə tələb edir.

Unutmaq olmaz ki, çəpgözlük müalicə edilməzsə ciddi fəsadlar törədə bilər. Yaxın vaxtlara qədər çəpgözlüyün aradan qaldırılması problem sayılırdısa, hal hazırda müasir müalicə üsulları pasiyentlərə lazımı yardım göstərərək çəpgözlüyün tamamilə müalicə olunmasına qədər nəticələr verir.

Əgər 1.5-2 il ərzində daima eynək taxmaq və digər müalicə üsulları ilə çəpgözlük itmirsə, o zaman cərrahi müdaxiləyə ehtiyac yaranır.

Cərrahi müdaxilə üçün ən uyğun vaxt 5-6 yaş hesab edilir. Əməliyyat nəticəsində gözlər tam simmetrik vəzyyətə gətrilir. Əməliyyyatdan sonra həkim xüsusi məşğələlər təyin etməlidir ki, itirilmiş görmə vərdişləri bərpa edilsin. Müalicə zamanı diqqət yetirmək lazımdır ki, uşaq xırda şəkillərə baxmasın.  Çalışmaq lazımdır ki, uşaq təmiz havada daha çox olsun, bədən tərbiyəsi ilə məşğul olsun, yay istirahətindən orqanizmin möhkəmləndirilməsi üçün tam doğru istifadə etmiş olsun.

Nigar Kərimova
Cərrah oftalmoloq

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see290

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see253

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see232

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see230

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see228

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see228

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see227

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see222

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see219

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see215

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see210

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see190

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see188

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? Tramp açıqladı

22 Sentyabr 2026 20:19see173

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see171

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

22 Sentyabr 2026 20:44see171

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see170

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see164

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see164

Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır Video

22 Sentyabr 2026 20:31see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri