Icma.az
close
up
RU
Çernobıl əlilindən xəbərdarlıq: Metsamor fəlakəti qapıdadır

Çernobıl əlilindən xəbərdarlıq: Metsamor fəlakəti qapıdadır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

Çernobıl faciəsi bütün bəşəriyyətə bir daha sübut etdi ki, istismar müddəti başa çatmış atom elektrik stansiyalarının fəaliyyəti dayandırılmalıdır. “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi olaraq biz dəfələrlə beynəlxalq təşkilatlara müraciət edərək Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin bitdiyini və region dövlətləri üçün ciddi təhlükə mənbəyinə çevrildiyini bildirmişik.

Bu barədə AZƏRTAC-a müsahibəsində ikinci qrup Çernobıl əlili Namiq Məmmədov danışıb. Onun sözlərinə görə, Metsamor AES-in seysmik zonada yerləşməsi nəzərə alınarsa, orada baş verə biləcək istənilən qəzanın fəlakət miqyası Çernobıl faciəsindən geri qalmayacaq: “O dövrdə texnologiya bu qədər inkişaf etməmişdi. Faciənin nəticələrinin aradan qaldırılması zamanı mütləq canlı qüvvədən istifadə olunurdu. Demokratiya prinsiplərinə əməl edilmir, obyektiv məlumatlar gizlədilirdi. Hərəkət azadlığı məhdudlaşdırılmışdı. İnsanların orada fəaliyyəti tibbi cəhətdən yolverilməz şəkildə istismar olunurdu”.

Namiq Məmmədov, həmçinin qeyd edib ki, həmin hadisənin təsirlərini bu gün də hiss edirlər: “Faciənin nəticələrinin aradan qaldırılmasında iştirak etdikdən sonra həyatımızda ciddi dəyişikliklər baş verdi. Ağrılar, xüsusilə də sinir sistemi problemləri ilə üzləşdik. Ən ağrılı məqam isə budur ki, Çernobıldan sonra dünyaya gələn övladlarımız da eyni problemlərlə qarşılaşırlar. Təəssüf ki, ölkəmizdə bu cür yüzlərlə əlil uşaq yaşayır”.

O əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Çernobıl qəzasının nəticələrinə məruz qalan insanların sosial müdafiəsi istiqamətində mühüm addımlar atılıb və bu tədbirlər bu gün də davam etdirilir: “Aparılan islahatlar nəticəsində biz çernobılçılar bir çox həyati məsələlərin həllinə nail olmuşuq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri