Icma.az
close
up
RU
Cərrah bıçağından yox, narkozdan qorxun Həkimlər xəbərdarlıq edir!

Cərrah bıçağından yox, narkozdan qorxun Həkimlər xəbərdarlıq edir!

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Cərrahi əməliyyatlardan sonra bəzi insanlar emosional dəyişikliklər, gərginlik və ya yaddaş pozuntusu kimi hallarla qarşılaşa bilirlər. Bu vəziyyətlər bəzən narkozun sinir sisteminə təsiri ilə əlaqələndirilir. Bəs narkozdan sonra əsəb sistemində hansı dəyişikliklər mümkündür və bu nə dərəcədə davamlı olur?

Bununla bağlı “Yeni Sabah”a professor Adil Qeybulla açıqlamasında bəzi vacib məqamlara aydınlıq gətirib:

“Cərrahi əməliyyatın uğurlu nəticələnməsi bir neçə əsas faktordan asılıdır. İlk növbədə, xəstənin əməliyyataqədərki ümumi vəziyyəti və əməliyyata düzgün hazırlanması çox önəmlidir. Bu mərhələdə həm xəstənin tibbi göstəriciləri, həm də psixoloji durumu nəzərə alınmalıdır. İkinci vacib məqam isə əməliyyatın optimal şəkildə aparılması və tibbi protokollara uyğun şəkildə icra olunmasıdır. Sezar pizza

Bəzi hallarda cərrahi müdaxilələr xüsusilə mürəkkəb ola bilər və nəticə etibarilə müxtəlif ağırlaşmalar və gözlənilməz problemlər baş verə bilər. Bu səbəbdən, əməliyyata və onun nəticələrinə birmənalı yanaşmaq çətindir. Hər bir əməliyyat fərdi yanaşma tələb edir və həm cərrah, həm də anestezioloq üçün böyük məsuliyyət daşıyır”.

Həkim onu da qeyd edib ki, cərrahi əməliyyatın problemsiz və ağrısız keçməsi üçün narkozun düzgün tətbiqi xüsusi əhəmiyyət daşıyır:

“Narkoz zamanı xəstə süni yuxu vəziyyətinə salınır, bu da onun əməliyyat zamanı şüurunun bağlı qalmasına və ağrı hiss etməməsinə imkan verir. Eyni zamanda, pasiyentin əzələləri boşaldılır ki, bu da süni tənəffüs prosesinin təhlükəsiz şəkildə aparılmasına şərait yaradır. Narkoz zamanı xəstə artıq spontan tənəffüs etmir və xüsusi cihazla nəfəs alır. Bu mərhələdə əzələlərin gərgin olmaması həyati vacibdir. Digər bir vacib məqam isə ağrıkəsici təsirin təmin olunmasıdır. Əməliyyat zamanı və ondan sonrakı dövrdə ağrıların qarşısını almaq üçün xəstəyə analgezik maddələr verilir. Bu, həm əməliyyat zamanı orqanizmin stressə reaksiyasını azaldır, həm də reabilitasiya dövrünün daha rahat keçməsinə kömək edir. Bütün bu proseslərin birgə və peşəkar şəkildə icra olunması, narkozun keyfiyyətini və nəticədə əməliyyatın uğurunu müəyyənləşdirən əsas amillərdəndir”.

A.Qeybulla təəssüflə qeyd edib ki, bəzi hallarda anesteziya kifayət qədər diqqətlə aparılmır:

“Bu, xəstənin əməliyyatdan sonra yaşaya biləcəyi bir sıra problemlərə səbəb ola bilər: yuxusuzluq, başağrısı, psixoloji gərginlik, əsəb sistemi pozuntuları və s. Təbii ki, bu halları bütün həkimlərə aid etmək doğru olmaz, lakin bəzən anestezioloqların məsələyə səthi yanaşması pasiyentin sonrakı sağlamlıq vəziyyətinə mənfi təsir edir.

Bu səbəbdən də anesteziya prosesi, onun planlaşdırılması və icrası ən az cərrahi müdaxilənin özü qədər əhəmiyyətlidir. Hər bir komponent diqqətlə yerinə yetirilməli, pasiyentin əməliyyatöncəsi və əməliyyatsonrası vəziyyəti peşəkar şəkildə izlənməlidir”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyul 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri