Icma.az
close
up
RU
Cəsarət Hüseynzadə: Azərbaycanın QHT tarixində bu cür beynəlxalq miqyaslı tədbir ilk dəfədir keçirilir

Cəsarət Hüseynzadə: Azərbaycanın QHT tarixində bu cür beynəlxalq miqyaslı tədbir ilk dəfədir keçirilir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur. Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında – COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformasının təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir. Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparma platformasıdır. O, həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Sherg.az-a bildirib ki, ümumilikdə Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu son illərdə özünü hər sahədə göstərir:


“Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına (QH) rəhbərli etdiyi dövrdən başlayaraq Azərbaycan  dünyanın üçdə ikisini əhatə edən QH dövlətləri ilə sıx əməkdaşlıq edib. Bu dövlətlərin də əhali sayı və ərazisi kifayət qədər böyükdür. Azərbaycanın bütün sahələrdə artan nüfuzu vətəndaş cəmiyyətində də özünü birüzə verir. COP29 ərəfəsində belə dünyanın 140-a yaxın ölkəsini təmsil edən Qeyri-Hökümət Təşkilatı Cənub QHT Platformasını dəstəkləmişdi. Bu proses uğurla davam etdirildi və Azərbaycan Milli QHT Forumu sözügedən təşəbbüsün önündə gedənlərdən idi. Bu günkü konfrans beynəlxalq miqyaslı  bir tədbirdir. Vətəndaş cəmiyyəti dünyada aparıcı mövqəyə malik olan bir struktur kimi tanınır. Onların hesabatları, qaldırdığı məsələlər dünyada dövlətlər tərəfindən qiymətləndirilir. Birləşmiş Millətlər Təşkilatı da bu prosesdə QHT-lər üçün əsas çıxışa malik olan qurum sayılır. Bu baxımdan Azərbaycanın bu günkü tədbirə ev sahibliyə etməsi və Azərbaycan QHT-ləri tərəfindən təşəbbüsün dəstəklənməsi bir daha bizim uğurumuzu göstərir. Azərbaycanın QHT tarixində bu cür beynəlxalq miqyaslı tədbir ilk dəfədir keçirilir. Sözügedən proses Azərbaycan QHT-lərinin özünə inamını bir daha subut edir. Cənab Prezident İlham Əliyev tərəfindən konfrans iştirakçılarına göndərilən müraciət xüsusi  önəm daşıyır. Eyni zamanda Azərbaycan QHT-lərinə və vətəndaş cəmiyyətinə İlham Əliyevin münasibətini ehtiva edir. Konfrans sərçifəsində qəbul edilən qərarlar Latın Amerikası, Asiya, Afrika,  Okeaniya kimi dövlətlərin həyatına müsbət təsir edəcək. Konfrans öz maştabına və keçirilmə səviyyəsinə görə beynəlxalq standartlara uyğundur. Tədbirdə yüzdən artıq ölkədən nümayəndə iştirak edib. Konfrans dünyada sülhlə və əməkdaşlıqla bağlı yeni imkanların yaranmasına töhfə verir. Azərbaycan xalqların irqindən, dinindən və cinsindən asılı olmayaraq bərabərliyini dəstəkləyir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Aprel 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri