Icma.az
close
up
RU
II “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi keçirilir

II “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi keçirilir

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Moderator.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş “Zülfüqar Hüseynzadə mükafatı” adlı növbəti müsabiqəni elan edir.

Xatırladaq ki, ötən il keçirilmiş ilk müsabiqədə jurnalistlər Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivləri mövzularında öz qələmlərini sınamış, qaliblər mükafatlandırılmışdı.

Bu ilki – II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzusuna həsr olunub.

Müsabiqə mövzuları üzrə 3 əsas istiqamət müəyyən edilib:

1. Qərbi Azərbaycana Qayıdış:

o Deportasiya və tarixi ədalətsizlik mövzuları;

o Qərbi azərbaycanlıların yaddaşında doğma torpaqlar;

o Ailə hekayələri, faktoloji araşdırmalar, publisistik yazılar.

2. Qarabağa Qayıdış və Böyük Qayıdış Proqramı:

o Qarabağda aparılan yenidənqurma və sosial layihələr;

o Qayıdan ailələrlə reportajlar, həyat hekayələri;

o Tarixi-mədəni irsin bərpası və bölgəyə inteqrasiya.

3. Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası:

o Peşəkar medianın milli məsələlərdə rolu;

o Z.Hüseynzadənin publisistik üslubu və media sahəsində töhfələri;

o Medianın azərbaycançılıq və dəyərlər prizmasından fəaliyyətinə dair yazılar.

Qeyd: Bu mövzular istiqamətləndirici xarakter daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad edilə bilər.

Qiymətləndirmə meyarları

Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakılara üstünlük veriləcək:

• Mövzunun dolğun və geniş şəkildə əhatə olunmasına;

• Leksikon və ifadə vasitələrinin zənginliyinə;

• Analitik yanaşma, faktların düzgün təhlili və məntiqi əsaslandırılmasına;

• Fakta əsaslanan araşdırma və informasiyalılıq dərəcəsinə;

• Müasir dünya təcrübələri ilə müqayisəli yanaşmaya.

Müsabiqənin şərtləri

• Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.

• Yazının həcmi 10 min işarəni keçməməlidir;

• Yazı yalnız bir müəllifə aid olmalı və əvvəllər nəşr edilməmiş olmalıdır (qəzet, jurnal, sayt, sosial media daxil olmaqla);

• Hər iştirakçı yalnız bir yazı ilə müsabiqəyə qatıla bilər.

• Yazılar 2025-ci il avqustun 18-dək qəbul olunur.

• Yazılar münsiflər heyəti tərəfindən obyektiv meyarlarla qiymətləndiriləcək.

Təqdimat üçün aşağıdakılar e-mailə əlavə edilməlidir:

1. Müsabiqə yazısı (Word formatında, imzasız);

2. Müəllifin şəxsiyyət vəsiqəsinin surəti (PDF, JPG və ya Word);

3. Müəllifin əlaqə vasitələri (mobil nömrə və e-poçt).

Mükafatlar:

Müsabiqəyə təqdim edilmiş materiallara 18-23 avqust tarixlərində münsiflər heyəti tərəfindən baxılacaq və 24 avqust 2024-cü il tarixində - Zülfüqar Hüseynzadənin doğum günündə qaliblər (1-ci, 2-ci və 3-cü yer) elan ediləcək və mükafat və hədiyyələr təqdim olunacaq.

• I yer – 1000 AZN

• II yer – 600 AZN

• III yer – 400 AZN

Seçilmiş yazılar Moderator.az saytında dərc ediləcək, müəlliflərə diplom və hədiyyələr təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri