Icma.az
close
up
RU
Sahibə Qafarova rumıniyalı həmkarı ilə görüşüb FOTO

Sahibə Qafarova rumıniyalı həmkarı ilə görüşüb FOTO

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
S.Qafarova qeyd edib ki, həmkarının Azərbaycana son altı ayda ikinci dəfə səfəri ikitərəfli əlaqələrin dinamik inkişafının bariz göstəricisidir.
Milli Məclisin sədri Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması çərçivəsində keçirilən Beynəlxalq Parlament Konfransının əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu konfrans il ərzində parlament tərəfindən həyata keçirilən tədbirlərin davamıdır və dost ölkələrin parlamentarilərini bir araya gətirir. Spiker konfransda iştirakına görə Mirça Abrudeana təşəkkür edib.
 

Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır, imzalanmış çoxsaylı sənədlər isə bu əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının Rumıniyaya ixracı bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir.


Həmçinin təhsil, elm və mədəniyyət sahələrində, eləcə də regionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı məmnunluqla vurğulanıb. Milli Məclisin sədri bildirib ki, dövlətlərimiz arasında olan münasibətlər qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaradır. Qeyd olunub ki, parlament dostluq qruplarının fəaliyyəti, parlament rəhbərlərinin və deputatların qarşılıqlı səfərləri bu əlaqələrin möhkəmlənməsinə xidmət edir.
S.Qafarova görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə də toxunub.
O, Vaşinqtonda sülh sazişinin paraflanmasının əhəmiyyətini qeyd edib, sülh və sabitliyin region üçün xüsusi önəm daşıdığını vurğulayıb, həmçinin etimad quruculuğu prosesinin vacibliyinə toxunub və bu çərçivədə Ermənistan parlamentinin sədri ilə keçirdiyi görüş barədə məlumat verib.
Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean səmimi qəbula görə təşəkkür edib və Azərbaycan Konstitusiyasının 30 illiyi ilə bağlı təbriklərini çatdırıb. O, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edərək bildirib ki, enerji, nəqliyyat, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Qonaq, həmçinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini ifadə edib və bu prosesin regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edəcəyinə inandığını bildirib.
Görüşdə parlamentlərarası əlaqələrin müxtəlif komitələr çərçivəsində inkişaf etdirilməsi yolları müzakirə olunub, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Oktyabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri