Çexiya hökuməti F 35 təyyarələri satın alır və bu məsələdə milli sənayenin iştirakı şərtini irəli sürür
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Praqa, 14 noyabr, AZƏRTAC
ABŞ istehsalı olan F-35 qırıcı təyyarələrinin Çex Respublikasına çatdırılması məsələsi artıq həll olunmuş sayılır, amma bu ölkənin yeni hakim koalisiyası yerli şirkətlərin müqavilədə maksimum iştirakını təmin etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Çexiya siyasətçiləri Praqa Təhlükəsizlik Dialoqu konfransında bildiriblər.
Bununla belə, ABŞ ilə müqaviləyə yenidən baxılması artıq gündəmdə deyil. “Müqavilə bağlanıb və Çexiyanın Vaşinqton qarşısında öhdəlikləri yerinə yetirilməlidir. İndi keçmiş səhvləri axtarmaq deyil, iqtisadiyyatımız üçün faydaları maksimum dərəcədə artırmaq daha vacibdir”, - deyə çex siyasətçi Havliçek bildirib. O, vurğulayıb ki, bu, təkcə təyyarələrin çatdırılmasını deyil, həm də infrastrukturun inkişafını, texniki xidmətini və kadr hazırlığını ehtiva edir.
Bundan əvvəl oktyabr seçkilərində qalib gələn və SPD ilə birgə kabinet yaradan ANO partiyası F-35-in tədarükü də daxil olmaqla əsas hərbi satınalmaları nəzərdən keçirəcəyinə söz vermişdi.
Birləşmiş Ştatlardan 24 ədəd beşinci nəsil qırıcı təyyarənin alınması qərarı Petr Fiala hökuməti tərəfindən 2023-cü ilin sentyabr ayında qəbul edilib. Müqavilənin dəyəri 106 milyard kron və ya Kaslava aviabazasının infrastrukturu və modernləşdirilməsi daxil olmaqla təxminən 150 milyard krondur. İlk F-35 təyyarələri Çexiyaya 2029-cu ildə təhvil veriləcək və tədarük prosesinin 2035-ci ilə qədər başa çatacağı gözlənilir. Bu müqavilə ölkə tarixində ən böyük hərbi investisiya kimi qiymətləndirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















