Ceydon Sançodan Fənərbaxça ya transfer şərti
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço Avropada bir çox klubun transfer siyahısında yer alıb.
Sportal.az xəbər verir ki, ingiltərəli vingerə ən yaxşı maliyyə şərtlərini "Fənərbaxça" təklif edib. Bu barədə "Team Talk" məlumat yayıb.
Sanço İstanbul klubuna keçməyin əleyhinə deyil. Lakin onun bir şərti var. "Fənərbaxça" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazansa, 25 yaşlı oyunçu Türkiyə yollanacaq.
Super Liqa nəhəngi qitənin ən nüfuzlu klub turnirində mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, Ceydon Sanço ötən mövsüm icarə əsasında "Çelsi"nin formasını geyinib. İngiltərə millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Baxış sayı:75
Bu xəbər 28 İyun 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















