Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib FOTO
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sentybarın 30-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş müşaviri Vayat Tolki və Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlonu qəbul edib.
Xarici İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumat görə, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi və bu çərçivədə Vaşinqton razılaşmalarının icrası, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İki ölkə rəsmiləri və nümayəndələri tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 Sentyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















