Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

ABŞ Dövlət Departamentinin rəsmisi Səngəçal terminalında olub

ABŞ Dövlət Departamentinin rəsmisi Səngəçal terminalında olub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Cəkobs bu gün Səngəçal terminalında olub. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində cümə günü keçiriləcək nazirlərin 11-ci toplantısında iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, terminalda Erik Cəkobsu və onu müşaiyyət edən ABŞ rəsmilərini bp-nin vitse-prezidenti Kolin Allan, Səngəçal terminalının istehsalat üzrə meneceri Eldəniz Məmmədov və bp-nin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qarşılayıblar.

Səngəçal terminalı ilə tanışlıq Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başladı.

Qivami Rəhimli Azərbaycanın neft sənayesinin xronologiyası barədə qonaqlara ətraflı məlumat verib. Xəzər Enerji Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin işə salınması və terminalda yerləşən BTC əsas nasos stansiyası ərazisində keçirilən təntənəli mərasim vaxtına təsadüf edib.

Bildirilib ki, Prezident İlham Əliyev və Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu ilə birlikdə qırmızı lenti kəsərək Xəzər Enerji Mərkəzin rəsmi açılışını elan edib. Tədbirdə iştirak edən ali qonaqlar açılış mərasimində rəmzi nişan kimi gipsdən olan kərpiclər üzərində öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.

Neft sənayesində Azərbaycanın əldə etdiyi nailiyyətləri qonaqların diqqətinə çatdıran Qivami Rəhimli bildirib ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. 1878-ci ildə Xəzər dənizində suya salınan Nobel qardaşlarının “Zərdüşt” (“Zoroastr”) gəmisi dünyada ilk neft tankeri, 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xətti dünyada ilk ən uzun neft kəməri (833 km) olub. Mtsxeta şəhəri yaxınlığında Bakı-Batumi marşrutu üzərində olan və bu günümüzə qədər gəlib çatmış nasos stansiyalarından biri hazırda Gürcüstanın mədəni irs siyahısına daxil edilib. Azərbaycan dünyada ilk dəfə olaraq 1949-cu ildə açıq dənizdən, Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb.

Eyni zamanda diqqətə çatdırılıb ki, bütün dünyada tanınan iş adamları Rotşildlər və Nobel qardaşları XIX əsrin ikinci yarısında Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Məşhur Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb.

Qivami Rəhimli bp şirkətinin regionda fəaliyyəti barədə qonaqlara geniş təqdimat edib. Qeyd olunub ki, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan yeni neft erasına qədəm qoymuş, qlobal və regional güclərin toqquşan maraqlarını balanslaşdıraraq bp və tərəfdaşları ilə birlikdə Avro-Asiya məkanında enerji təhlükəsizliyini təmin etmək üçün Xəzər regionunda dünyanın ən böyük neft və qaz layihələrini həyata keçirərək mühüm infrastrukturlar yaratmışdır.

Sonra qonaqlar avtobusla Səngəçal terminalının əməliyyatlar sahəsinə gedərək oradakı qurğularla tanış olublar.

Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib. Xəzər dənizindəki yataqlardan hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkan olaraq, AÇG yatağından çıxarılan neft və "Şahdəniz”dən hasil edilən qaz terminala nəql olunur, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri ilə dünya bazarına ixrac edilir. Terminal gündə 1,2 milyon barel xam nefti emal etmək gücünə malikdir. Xam neft saxlama həcmi 4 milyon barelə yaxındır. Sahəsi 688 hektardan çox olan, dünyanın ən böyük inteqrasiya edilmiş neft və qaz terminalı olması baxımından unikal hesab olunan, Səngəçaldan başlayan əməliyyatlar Avro-Asiya məkanında enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Qonaqlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı ilk - əsas nasos stansiyası və ixrac boru kəmərlərinin fəaliyyətini nəzarətdə saxlayan, problemləri aşkara çıxara bilən nəzarət idarəetmə mərkəzi ilə də tanış olublar.

Qivami Rəhimli qonaqlara Xəzərdən hasil olan neftdən əlavə 3-cü tərəfin neftinin BTC kəməri ilə nəql etmək imkanları, istehsalatdan başlayaraq əməliyyatlara qədər, məhsulun həcmi, ölçmələrdən tutmuş həcmlərin nəzarəti, boru kəməri sisteminin təhlükəsizliyini təmin edilməsi barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, hazırda Qazaxıstanda fəaliyyət göstərən ABŞ-ın “Chevron" şirkəti daxil olmaqla “KazMunayQaz”ın beynəlxalq neft tərəfdaşları xam neft ixracı marşrutlarını şaxələndirmək səylərini artırıblar. Bu addım cənubi Rusiya ərazisindən Qara dənizdəki Novorossiysk limanına qədər uzanan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) marşrutundan asılılığın azaldılması məqsədini daşıyır. CPC marşrutu əsasən Tengiz, Kaşaqan və Karachaganak yataqlarının hasilatını daşıyır. Lakin Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə sığorta xərclərinin artması və Moskvaya qarşı sanksiyalar səbəbindən marşrutları şaxələndirməyə maraq daha da artıb. Səngəçaldan başlayan BTC marşrutu isə Türkiyədəki boğazlardan keçmədən birbaşa Aralıq dənizinə çıxışı təmin edir.

Qivami Rəhimli bp şirkəti adından ABŞ Dövlət Departamentinin rəsmisi Erik Cəkobsa Azərbaycanın mədəni irsi, miniatür sənətinə həsr olunmuş “Təbrizin sehrli nağılları” kitabını hədiyyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri