Icma.az
close
up
RU
Ceyhun Bayramov: Ermənistanla təmaslar davam edir, bu il də görüşlərin keçirilməsi gözlənilir

Ceyhun Bayramov: Ermənistanla təmaslar davam edir, bu il də görüşlərin keçirilməsi gözlənilir

Azərbaycanın Ermənistanla postmünaqişə mərhələsində təmasları davam edir.

Bu barədə “Report”un sualına cavabında xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlər keçirilir və bu il də proses davam edəcək.

C.Bayramov vurğulayıb ki, növbəti belə görüşün tarixi hələ bəlli deyil.

XİN başçısı həmçinin əlavə edib ki, Ermənistanla sülh müqaviləsinin mətnində iki maddə üzrə danışıqlar hələ də davam edir.

Nazir qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə davamlı kommunikasiyanın yaradılması məqsədilə addımlar atır:

"Ermənistanla dörd ilə yaxın davam edən danışıqlar nəticə verməyib. Ona görə də Araz çayı üzərindən İran ərazisi ilə körpü tikintisi davam edir. Yəni Zəngəzur dəhlizi məsələsi də gündəmdədir".

seeBaxış sayı:93
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri