Ceyhun Bayramov həmkarını təbrik edib
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı aparılıb.
Bu barədə "Cebheinfo.az"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı, Azərbaycan və Qambiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov həmkarını xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Azərbaycan və Qambiya arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini, Qambiyanın İƏT-də sədrliyi və ölkəmizin qarşıdan gələn sədrliyi üzrə prioritetləri müzakirə ediblər.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər nəzərdən keçirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:63
Bu xəbər 03 Dekabr 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















