Ceyhun Bayramov Maria Stenerqard ilə görüşüb
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan XİN rəhbəri isveçli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenerqard ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” paylaşımında yazıb.
Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
Məlumata görə, nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
Qeyd edilib ki, Ceyhun Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.
“Həmkarımı münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, o cümlədən Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddialar kimi qalan çağırışlar barədə məlumatlandırdım”, - Ceyhun Bayramov paylaşımında qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Dekabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















