Ceyhun Bayramov: “Paşinyan Prezidentə demişdi ki, bunu etsəm, məni öldürərlər” VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
“May ayında Nikol Paşinyan hakimiyyətə gəldi. Prezident İlham Əliyevin onunla ilk təması 28 sentyabr 2018-ci ildə Düşənbədə oldu. Bu görüş bir saatdan artıq çəkmişdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.
“Paşinyan hakimiyyətə yeni gəldiyi üçün vaxt istəmişdi. Prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması, hətta qarşı tərəfdən atəşkəsin pozulması olduğu hallarında belə qarşılıq verilməməsi ilə bağlı tapşırıq verdi.
İlk görüşdən təxminən 6 ay sonra ( 2019-cu ilin mart ayı) Nikol Paşinyan mövqeyini tam dəyişir.
Açıq şəkildə qeyd edir ki, mən bu məsələni həll edə bilmirəm, həll etməyəcəyəm. Və hətta belə maraqlı bir arqument də gətirir ki, mən bunu etsəm, məni öldürərlər” – deyə nazir bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 08 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















