Icma.az
close
up
RU
Desəm öldürərlər, deməsəm ölləm…

Desəm öldürərlər, deməsəm ölləm…

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Kubokunun yarımfinalının “Zirə” ilə ilk oyunundan (0:2) sonra media önünə çıxan Ehtiram Quliyevin emosiya dolu açıqlamaları gündəmi zəbt etdi. Onun çıxışını haqlı sayanlar da oldu, nahaq sayanlar da.

Quliyevin əsas etirazı matçın baş hakimi Əliyar Ağayevə idi. Sitat:

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaq üstə içsinlər, tək ayaq üstə içsinlər, amma haqqımızı, oyunçuların haqqını içməsinlər. İl boyu çəkdiyimiz əziyyət bir gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusən də, Əliyar Ağayevin “Turan Tovuz”un oyunlarına təyinatı zamanı belə halları gözləyirdik. Çempionatdakı oyundan sonra da “səhv etmişəm, insanıq” mesajı bizə göndərildi. Haqqımız, uşaqların alın təri Əliyar Ağayevin haramı olsun. “Zirə”nin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolumuzda bu şeylər dəyişdirilməlidir. Biriləri bəzi şeyləri dilə gətirməlidir. Biz dilə gətirmədikcə, səssiz qaldıqca, “əliyargillər” belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım etməyin də anlamı yoxdur. Belə çıxır ki, əziyyət çəkməyin də, oyunçu transfer etməyin də anlamı yoxdur, “əliyargillər”dən canımız, futbolumuzun “can”ı qurtarmalıdır. Oyundakı epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin görməsini istəyirəm. “Turan Tovuz” azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq bu qədər olmaz. Bir mövsümlük əziyyətimiz boşuna gedir. İki toplanış keçmiş, çoxlu investisiya etmişik. Amma Əliyar Ağayev kimilər bizə oynamaq imkanı vermir”.

Diqqətçəkən başqa məqam isə, “…oturub su içənlər” ifadəsi idi. Bu da məzhəb ayrıseçkiliyinə cəhd kimi yozuldu hətta.

Nominal olaraq “Turan Tovuz” İdarə Heyətinin sədri vəzifəsinə daşıyan, əslində isə klubun varlığında əsas pay sahibi olan Ehtiram bəyin etirazı haqlı idi. Bunu AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Ağayevin qərarlarını şərh edərkən dediklərinə əsasən də bildirmək olar. Sitat:

“Turan Tovuz” komandasının oyunçusu “Zirə”nin cərimə meydançasında rəqiblə top uğrunda mübarizədə yerdə qalır. Hakim mübarizəni davam etdirir, oyunçu yerdə qalır. VAR epizodu yoxlayır və aşkar edir ki, “Zirə”nin futbolçusu topa oynamazdan əvvəl qeyri-qanuni əlini açaraq rəqibin üzünə zərbə endirir. Bu səbəbdən VAR hakimi dəvət edir. Hakim epizodu monitordan izlədikdən sonra qərarında qalır. Hakimlər Komitəsi əlin-qolun qeyri-qanuni istifadə təsirini açıqlayıb. Oyunçu topa oynayarkən mübarizəyə qoşulan zaman əlin-qolun hərəkətin rəqibin üz, baş-boyun istiqamətində olar və güc tətbiq edərsə, qayda pozuntusudur. Hakimlər Komitəsinin bu epizoddan gözləntisi penalti və sarı vərəqədir;

“Zirə”nin futbolçusu öz meydançasında rəqibin ayağını tapdalayır. Hakim davam işarəsi verir, VAR epizodu yoxlayır və “Zirə”nin futbolçusunun tapdalamadan öncə topa oynadığını bildirir. Hakimlər Komitəsinin şərhi belədir: top hər iki oyunçunun mübarizə aparmalı olduğu məsafədədir. “Zirə”nin oyunçusu ayağını yuxarıdan gətirir və topa təmas etməyə çalışır. Lakin burda rəqibin ayağına düşüncəsiz təmas var. Bu səbəbdən Hakimlər Komitəsinin bu epizoddan gözləntisi penalti və sarı vərəqə qərarıdır”.

Güman ki, Əliyar bir neçə oyunluq cəzalanıb. Hərçənd bu, “Turan Tovuz”un itirilən xallarını geri qaytarmır. Atalar demiş, it də getdi, ip də getdi…

Və sanki Ehtiram bəyin çıxışı “sizif əməyi” effektini verdi. AFFA bu çıxışa görə 15000 manat cərimə kəsdi.

Sual yaranır. Quliyev haqlı idisə, yəni Əliyar səhv qərarlar vermişdisə (rəsmən açıqlandığı kimi), onda bu çıxışa görə böyük məbləğdə cərimə niyə?!

Deməli, böyük ehtimalla, məsələ hakimliyə etiraz məqamında deyil, sözügedən çıxışı daha dəqiq xatırlamaq gərəkdir. Ehtiram bəy azarkeşlərə səslənir… onları olanlara münasibət göstərməyə səsləyir. Bununla sanki təhrikedici mövqe tutur.

Böyük ehtimalla, assosiasiya bu və bu kimi detalları nəzərdə tutaraq maddi cərimə kəsib. Elə deyilsə, onda cərimənin məntiqi yoxdur.

Sadəcə, qərarda aydın açıqlamaq məqsədəuyğun olardı…

Bir nəticəyə təsir edən hakim səhvi və yaratdığı canfəşanlıq prosesi belə bir vəziyyətə gətirdi. Hansı ki, nə səbəb, nə nəticəsi gələcəyə faydalı oldu.

Yenə səhvlər olacaq, yenə Ehtiram Quliyev coşğulu çıxış edəcək.

Çünki yarımçıq qalan, həll olunmayan məqamlar çoxdur. Nə Ehtiram bəy etirazının məzmununu doğru qurur, nə AFFA ilə effektiv dialoq yaranır, nə də tərəflərin təcrübəli işgüzar/ideoloji komandası var ki, kritik məqamda effektiv yol seçə bilsinlər.

Bu dilemmanı şairin təbirincə ifadə etsək, desəm öldürərlər, deməsəm ölləm…

Elçin Cəlilov

P.S. Ehtiram bəy kimiləri bu futbolda çox belə vəziyyətlə qarşılaşacaqlar; deməsələr “ölərlər”, deyəndə də “öldürüləcək”…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Aprel 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri