Icma.az
close
up
RU
Ceyhun Bayramovla İran XİN başçısının görüşündə iki hal TƏHLİL

Ceyhun Bayramovla İran XİN başçısının görüşündə iki hal TƏHLİL

Icma.az, Mia.az saytına istinadən bildirir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə görüşüb.

Görüşdə Azərbaycan və İran arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyaları sahələri üzrə birgə layihələr, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflərin qeyd olunandan fərqli məsələləri müzakirə etməsi də mümkündür.

Xatırladım ki, A.Araqçı bir qədər əvvəl Suriyada Prezident Bəşər Əsədlə görüşüb, son günlər baş verənləri müzakirə edib. Nazir rəsmi Tehranın Əsədi bütün istiqamətlərdə müdafiə edəcəyi barədə ismarışını çatdırıb.

İranlı nazir daha sonra Türkiyəyə səfər etdi. O, burada Türkiyənin yüksək vəzifəliləri ilə görüşlər keçirdi. Aydın məsələ idi ki, Araqçı Türkiyəyə həm Əsədin təkliflərini çatdırıb.

Görünür, Tehranın Ankara və Dəməşq arasında vasitəçilik etmək səyləri uğursuz olub. Ehtimal etmək olar ki, Abbas Araqçı məhz bu səbəbdən Ceyhun Bayramovla bir araya gəlib. Aydın indiki məqamda Tehranın imkanları məhduddur. İsraillə gərginlik, Təl-Əvivin HƏMAS və “Hizbullah”a vurduğu ağır zərbə və daxili problemlər Əsədə dəstəyi azaldır. İranın dəstəyi olmasa, Əsədin hakimiyyətdə qalması çətindir.

İran Əsədə tam hərbi dəstəyə tələsmir. Buna görə də diplomatik kanallarla məsələni səngitməyə çalışır. Bunun üçün ilk cəhd edildi. Lakin bir daha qeyd edim, Araqçının Türkiyə səfəri elə də xoş keçməyib. Görünür, Araqçı Türkiyəyə daha yaxın və sözü keçə biləcək bir kanal axtarır. Abbas Araqçı-Ceyhun Bayramov görüşü bu baxımdan diqqət çəkir.

Araqçı-Bayramov görüşündən iki nəticəyə gəlmək olar:

Birincisi, Abbas Araqçı Ceyhun Bayramovdan Azərbaycanın Suriyadakı məsələlərlə bağlı vasitəçi olmasını, ya da Ankaranı əməliyyat fikrindən daşındırmasını xahiş edə bilər. Qəribə səslənsə də, rəsmi Bakının bundan öncə həm İsrail, həm də Ərəb ölkələri ilə Türkiyənin münasibətlərini normallaşdırmaq üçün müəyyən təmasları olub.

Lakin Suriya ilə bağlı məsələ çox fərqlidir. Ankaranın Əsədlə bağlı mövqeyinin Bakının vasitəçiliyi ilə dəyişməsi real deyil. Ümumiyyətlə, Suriya-Azərbaycan münasibətləri BƏƏ, Misir, Səudiyyə Ərəbistanı ilə olduğu kimi deyil. Yəni belə bir vasitəçilikdə Azərbaycan özü də maraqlı olmaya bilər.

İkincisi, Bakı vasitəçiliyə razı olsa belə, Ankaranın bu təklifə isti baxmayacağını yaxşı bilir. Tehran həm də Bakı ilə Ankara arasında fikir ayrılıqlarını dərinləşdirmək istəyə bilər.

Nəticə etibarilə Bakı Tehranın nə etmək istədiyini sezəcək siyasi iradəyə sahibdir. Azərbaycan indiki məqamda çətin ki, Türkiyənin Suriyadakı maraqlarına qarışsın. Rəsmi Bakı üçün hazırda prioritet məsələlər Ermənistanla sülh sazişinin imzalanması, Cənubi Qafqazda sabitliyin təmin edilməsi, qonşularla əməkdaşlıq və müsbət əlaqələrin təmin edilməsidir.

Turan Rzayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri