Icma.az
close
up
RU
Ceyhun Bayramovun BMT nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui Yeop Son ilə görüşü

Ceyhun Bayramovun BMT nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui Yeop Son ilə görüşü

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

3 mart 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul edib.
APA xəbər verir ki, görüş zamanı Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrası istiqamətində əməkdaşlığın müxtəlif aspektləri, eləcə də bu əməkdaşlığın yeni dövrün reallıqlarına və Azərbaycanın dayanıqlı inkişaf sahəsində milli prioritetlərinə uyğunlaşdırılaraq daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 2 mart 2025-ci il tarixinin Azərbaycanın BMT-yə üzv olaraq qəbul edilməsinin 33-cü ildonümünə təsadüf etdiyini və ötən 33 il ərzində Azərbaycanla BMT sisteminə daxil olan qurumlar arasında əməkdaşlığın səmərəli və konstruktiv şəkildə qurulduğundan məmnunluq duyduğunu bildirib. Xüsusilə müstəqilliyinin ilk illərində ərazilərinin işğalı və 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın qarşılaşdığı iqtisadi və sosial çağırışlara qarşı mübarizədə dəstək vermək məqsədilə həmin dövrdən etibarən ölkəmizdə fəaliyyətə başlayan bəzi BMT qurumları ilə həyata keçirilmiş əməkdaşlığın Azərbaycanda institusional inkişaf və qabiliyyət quruculuğuna mühüm töhfə verdiyi bildirilib.
Eyni zamanda, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə Azərbaycan Respublikasının əldə etdiyi sosial-iqtisadi tərəqqinin sosial profilli layihələrin icrasında ölkənin öz daxili resurs və imkanlarına arxalanmağa şərait yaratdığı, Azərbaycanın bir sıra BMT qurumları vasitəsilə bir çox ölkələrə donorluq fəaliyyəti göstərdiyi xüsusilə qeyd olunub.

Bununla əlaqədar, Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinə uyğun olaraq, BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub.
Qui-Yeop Son ölkəmizi COP29-un uğurlu təşkilatçılığı və əldə olunan tarixi nəticələr münasibətilə təbrik edərək, bu istiqamətdə Azərbaycanla BMT sistemi arasında həyata keçirilmiş əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib.
Xanım Son BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dəstək istiqamətində hökumət ilə yüksək səviyyəli əməkdaşlıqdan və tərəfdaşlıqdan məmnunluq ifadə edib. O, milli inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək üçün Azərbaycan hökuməti ilə tərəfdaşlıq və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Mart 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri