Cəzaçəkmə müəssisəsindəki qadınlara İKT üzrə təlimlər keçirilib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də "Məhkum Qadınlar Rəqəmsal Dünyada" layihəsinin bağlanış mərasimi keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə İRİA-nın sədri İnarə Vəliyeva, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəis müavini Orxan Qasımov, “Cəza çəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova və “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Etibar Ağamalıyev çıxış ediblər. Onlar layihənin qadınların cəmiyyətə inteqrasiyası və məşğulluq imkanlarının artırılması baxımından önəmini vurğulayıblar.
Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İKT LAB-ın dəstəyi, “Cəza çəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin təşkilatçılığı ilə baş tutub. Təlimlər Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilib və iki əsas istiqaməti əhatə edib: ofis proqramları/rəqəmsal bacarıqlar və qrafik dizayn.
İştirakçıların bilik səviyyəsinə uyğun olaraq iki qrupa ayrılan təlimlər ümumilikdə 3-4 ay davam edib. 24 qadın təlimləri uğurla tamamlayaraq sertifikatlarla təltif olunub, onlardan 2 nəfər isə əlavə olaraq beynəlxalq sertifikat əldə etmək şansı qazanıb.
Layihənin əsas məqsədi azadlıqdan məhrum edilmiş qadınların bilik və bacarıqlarını inkişaf etdirərək, onların özünəinamını gücləndirmək və iş həyatına daha yaxşı inteqrasiya etmələrinə dəstək olmaqdır. Layihənin məzunları əldə etdikləri bacarıqlarla yeni bir başlanğıc edə biləcək və onlara gələcəkdə daha geniş imkanlara sahib olmaq üçün davamlı dəstək göstəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Dekabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















