Cəzaçəkmə müəssisəsindəki yanğında məhbuslar zəhərlənib? (AÇIQLAMA)
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində baş vermiş yanğın zamanı bir neçə məhbus zəhərləndiyi bildirilib.
Tiraj.az-a daxil olan məlumatda iddia edilir ki, zəhərlənmiş məhbuslar tibb məntəqəsinə yerləşdirilib.
Ədliyyə Nazirliyindən isə sayta bildirilib ki, baş vermiş yanğın hadisəsi ilə bağlı məhkumlar arasında hər hansı zəhərlənmə halı qeydə alınmayıb: "Eləcə də hadisə nəticəsində xəsarət alan yoxdur".
Xatırladaq ki, aprelin 7-də 6 saylı cəzaçəkmə müəssisəsində yanğın hadisəsi baş verib. Bu haqda Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda deyilir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 Aprel 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















