Icma.az
close
up
RU
Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir AZƏRTAC

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və nüfuzlu təhsil müəssisələrindən biri olan Harbour.Space Universitetinin və Azərbaycan Süni İntellekt Laboratoriyasının (AI Lab) nəzdində fəaliyyət göstərən AI Academy - Süni İntellekt tədris mərkəzinin birgə əməkdaşlığı ilə Azərbaycanda İKT sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlmiş proqrama start verilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə yaradılan “DigiRise” adlı yeni, ödənişsiz proqram süni intellekt və proqram mühəndisliyi üzrə ixtisaslaşmış kiçik və orta səviyyəli mütəxəssislərin hazırlığını və ixtisasartırmasını hədəfləyir.

İRİA-nın “DigiRise” proqramını həyata keçirməkdə məqsədi iştirakçılara beynəlxalq səviyyəli təlimlər təklif etməklə yanaşı, ölkədə rəqəmsal sahədə yüksək ixtisaslı kadr potensialının inkişafına mühüm töhfə verməkdir. Təlimlər iştirakçılara qlobal rəqabətdə üstünlük qazandıracaq dəyərli biliklər təqdim edir və Azərbaycanın texnologiya sektorunda güclü kadr bazasının formalaşmasına şərait yaradır. Həmçinin, proqramın tərəfdaşlarından biri olan “AI Academy” uzunmüddətli perspektivdə süni intellekt imkanlarından yararlanmaq və tətbiq olunması ilə bağlı dəstək göstərəcək.

Qeyd edək ki, Harbour.Space Universiteti müasir texnologiyalar, dizayn və sahibkarlıq sahələrində ixtisaslaşan yenilikçi bir təhsil müəssisəsidir. Universitet tələbələri real layihələr və praktiki təcrübələr əsasında tədris edərək qlobal iş bazarına hazırlayır.

Proqram çərçivəsində dövlət və özəl sektorda çalışan şəxsləri əhatə edən 50 iştirakçı təlimə cəlb olunacaq. Namizədlər ilkin texniki bacarıqları, karyera yüksəlişi imkanları və motivasiyalarına əsasən xüsusi meyarlarla təşkil olunan onlayn test və müsahibə mərhələləri vasitəsilə seçiləcəklər.

“DigiRise” proqramı, real iş ehtiyaclarına uyğunlaşdırılmış unikal “İş və təhsil” modelini təqdim edir. Tələbələr seçilmiş “Capstone” layihələri üzərində işləyərək rəqəmsal transformasiya bacarıqlarını real dünya şəraitində inkişaf etdirəcəklər. Təlim prosesində tələbələrə mentor dəstəyi təmin ediləcək.

Qeyd edək ki, təlimlər Harbour.Space Universitetinin təlimçiləri tərəfindən ingilis dilində keçiriləcək.

Tədris müddəti: 12 aya qədər (2024-cü ilin dekabr ayında başlanılacaq)

Tədris formatı: oflayn, onlayn və hibrid

Gündəlik dərs yükü: 3 saat (iş qrafikinə uyğun dərs cədvəli)

Proqrama əsas riyazi, alqoritmik və İT biliklərinə sahib, proqram təminatı sahəsində 1-3 illik təcrübəsi olan şəxslər müraciət edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri