Icma.az
close
up
RU
Cəzalandırılan məşqçi: Hətta Qurban Qurbanov belə hakimlərdən narazılıq edir

Cəzalandırılan məşqçi: Hətta Qurban Qurbanov belə hakimlərdən narazılıq edir

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Turan Tovuz-2” klubunun məşqçisi Ruslan Məmmədov Əvəzedicilər Liqasının XXXIV turunun “Neftçi-2” ilə matçından sonra AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, mütəxəssis “Report”a açıqlamasında qərardan narazılıq edib.

O, hakimlərlə dialoq zamanı təhqirə yol vermədiyini vurğulayıb: “Oyun zamanı həm məşqçilər, həm də futbolçular gərgin olurlar. Komandamızın 3 üzvünə qırmızı vərəqə verildiyi üçün buna irad bildirdim. Hakim verdiyi qərarlarla oyunun tempini yüksəldə və ya azalda bilir. Ona yaxınlaşıb bəzi epizodlarda vərəqə göstəməyə biləcəyini və bu idarəçiliklə Premyer Liqada işləməyin çətin olduğunu demişəm. Tək mən yox, Azərbaycanda bir çox məşqçilər, hətta ən yaxşı mütəxəssisimiz Qurban Qurbanov belə hakimlərdən narazılıq edir. Bunları mətbuatdan oxuyuruq. Dialoqumuz normal şəkildə bitib. Yəni, nə təhqir etmişəm, nə də artıq söz demişəm. Sonradan öyrəndim ki, qırmızı vərəqə və cəza verilib. Səbəb soruşanda bildirdilər ki, guya paltardəyişmə otağına gedərkən onları təhqir etmişəm”.

O, qərardan apellyasiya şikayəti vermək istədiyini də nəzərə çatdırıb: “Bununla bağlı rəhbərliyə müraciət etmişəm. Bunu klub həyata keçirməlidir. İstəmərəm ki, 5 oyunluq cəzalanım, həmçinin klub da cərimələnsin. Səhv etsəm, cəriməni öz maaşımdan ödəməyə də razı olardım. Amma heç bir təhqirə yol verməmişəm. Haqqımı tələb etmək istəyirəm”.

Mütəxəssis “Turan Tovuz-2”nin Əvəzedicilər Liqasında çıxışını da dəyərləndirib:

“Çempionata yaxşı başlamışdıq. Sonradan bəzi əsas futbolçularımıza I Liqadan yaxşı təkliflər oldu. Biz də rəhbərliklə məsləhətləşdik və yaşlı olduqları üçün onların digər klublara getmələrinə imkan yaratdıq. Həm oynasınlar, həm də pul qazansınlar. Qış fasiləsində 7 futbolçu komandadan ayrıldı. Qalsaydılar, bu gün xal fərqi ilə rəqiblərdən öndə olardıq. Gedənlərin əvəzinə aşağı yaş qruplarından uşaqlar dəvət etmişik. Ona görə də komandadan böyük işlər tələb etmək düzgün deyil. Aparıcı futbolçular gedirsə, eniş olmalıdır”.

Qeyd edək ki, Ruslan Məmmədov "Neftçi-2" ilə matçdan sonra hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəza ilə üzləşib. Tovuz klubu buna görə 400 manat cərimələnib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri