CGİAR rəsmisi: “İqlim dəyişikliyi ilə mübarizədə əsaslı sərmayələrə ehtiyac var”
Icma.az, Report.az saytına istinadən bildirir.
İqlim dəyişikliyi ilə mübarizədə əsaslı sərmayələrə ehtiyac var.
"Report" xəbər verir ki bunu Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məşvərət Qrupunun (CGIAR) regional meneceri Akmal Akramkhanov COP29 çərçivəsində təşkil edilən "AgriFuture 2024”: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri mövzusunda panel müzakirələrində deyib.
O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə tərəfdaşlıqlar, donorlar, hökumətlər, elmi-tədqiqat təşkilatları, universitetlər, hamıdan ehtiyac duyulan yardımı gətirmək üçün razılaşdırılmış və koordinasiyalı şəkildə birlikdə işləməlidirlər.
Onun sözlərinə görə, CGIAR müxtəlif ölkələrdə fəaliyyət göstərən 15 mərkəzi vasitəsilə bütün şəxsi təşkilatlara, qurumlara innovasiyalar və həllər gətirməyə hazırdır: “Biz hər kəslə tərəfdaş olmağa hazırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















