Icma.az
close
up
RU
CHP binasında gərgin anlar: Polis müdaxilə etdi, Özgür Özəl açıqlama yaydı

CHP binasında gərgin anlar: Polis müdaxilə etdi, Özgür Özəl açıqlama yaydı

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara Regional Apellyasiya Məhkəməsinin Cumhuriyyət Xalq Partiyasının (CHP) qurultayının nəticələrini ləğv etməsindən və Özgür Özəli vəzifədən azad edərək Kamal Kılıçdaroğlunu vəzifəyə qaytarmasından sonra etirazlar davam edir.
Demokrat.az
"Hürriyet"ə istinadən xəbər verir ki, CHP Ümumi Mərkəzinin qarşısında partiya üzvləri arasında gərginlik yaşanır. Özgür Özəl tərəfdarları binanı mühasirəyə alaraq Kamal Kılıçdaroğlunu içəriyə buraxmaqdan imtina edir. Ankara Valiliyinin açıqlamasında məhkəmə qərarının icrası üçün polisə göstəriş verildiyi bildirilib. 
Digər tərəfdən CHP sədrliyinə bərpa edildiyi qeyd olunan Kəmal Kılıçdaroğlu "CHP-nin bütün təşkilatlarına Ankara Regional Apellyasiya Məhkəməsi 36-cı Mülki Dairəsi tərəfindən verilən qərara uyğun hərəkət etməyə çalışan məhkəmə orqanları, polis əməkdaşları və bütün dövlət qulluqçularına, eləcə də məhkəmə qərarının tələblərinə riayət etmələrini xahiş edirəm” deyib.
Polis qrupları CHP ümumi mərkəzinin dayanacaq qapısını aşaraq binaya daxil olub.
"CNN TÜRK" müxbiri Arda Erdoğan ümumi mərkəz binasında polis müdaxiləsinin davam etdiyini bildirib. Dayanacaq qapısı polis gücü ilə açılıb. Girişdə yerləşdirilən partiya mikroavtobusları ordan çıxarılır. Bibər qazı və rezin güllələrdən istifadə edilərək müdaxilə həyata keçirilib. Jurnalistlərin də bibər qazından ciddi şəkildə təsirləndiyi qeyd olunub.
Polis əməkdaşları ilə media nümayəndələri arasında anlaşılmazlıqlar yaşanıb. İçəri girə bilən jurnalistlər də binadan çıxarılıb. 
Özgür Özəl də polis müdaxiləsi zamanı X hesabında paylaşdığı video ilə açıqlama verib: "Buradan çıxmayacağıq. Bundan sonra sonadək müqavimət göstərəcəyik və əgər bizi buradan çıxarsalar, iqtidar yürüşümüzü meydanlarda davam etdirəcəyik. Biz CHP-nin ümumi mərkəzindəyik, Atatürkün əmanəti olan bu məkandayıq. Bir hücum altındayıq". (Qaynarinfo)
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 May 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri