Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

“Sabah”ın legioneri ehtiyatda qaldı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Çiçəklənən Qarabağım Nəzrin Dadaşova yazır

Çiçəklənən Qarabağım Nəzrin Dadaşova yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nəzrin Dadaşova
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bərdədə dünyaya gəldiyimdən, uşaqlıqdan ürəyim Qarabağın nəbzi ilə vurub, uzun müddət əsarətdə qalan Şuşa mənim də dərdim olub.  Qarabağı görməsəm də, əslən qarabağlı olduğumla hər zaman  fəxr etmişəm. Odur ki, düşmən tapdağı altında qalan yurd yerlərimizin düşməndən azad olması hər bir gənc kimi, məni də hədsiz sevindirir. 

Eşitdiklərimdən və oxuduqlarımdan Qarabağın, gözəlliklər-möcüzələr diyarı olan Şuşanın vurğunu olmuşam. Görmədiyim yerlərin otundan, çiçəyindən başlayıb Vətənə sevgim.

Nənələrim etdikləri hər hansısa  söhbəti və ya fikirlərini atalar misalı  ilə əlaqələndirirdilər. Onların hər  işə və yaxud olub-keçənlərə belə deyimlərlə başlamaları marağıma səbəb olurdu. Böyüdükcə bu hikmətli sözlərin mənasını anladım, həyatda eşitdiklərimin, öyrəndiklərimin bundan sonra görəcəyim işlərdə yararlı olacağını başa düşdüm.

“Keçmişinə kəm baxanın gələcəyi sual altındadır”, “Dünya qanunla nizama düşər” misalları ilə də bu yazıya başladım.

Ordumuzun Qarabağda Zəfər çalması ilə mənim də qəlbimdə bir dönüş yarandı. Fədakar oğullarımızın, şəhidlərimizin şücaəti hədər getmədi. Azərbaycan tarixinə Zəfər günü kimi düşən 8 noyabr 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışında demişdir: “...Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmadı. İntiqamımızı döyüş meydanında aldıq... Mübariz oğullarımız “Şəhidlik Zirvəsi”nə yüksələrək tarixi qanları ilə yazdılar...”

2023-cü ildə Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yazıldı.

Son illərin mühüm reallıqlarından biri də tarixi sahibinə qovuşmuş torpaqlarımızın cənnət məkana çevrilməsi istiqamətində mühüm addımların atılması, Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsidir. Məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıdışı bu gün də davam etməkdədir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə həyat qayıtmaqla bərabər, orada müxtəlif istiqamətlərdə görülən işlər həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir.

Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə - Füzuli, Zəngilan və Laçında Beynəlxalq Hava Limanı inşa edildi. Laçında istifadəyə verilən Beynəlxalq Hava Limanının açılış mərasiminin mayın 28-nə təsadüf etməsi, eləcə də açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı yaddaqalan oldu.

Qarabağın digər bölgələri kimi, mədəniyyət paytaxtımız Şuşa da yenidən qurulur. Cənab Prezident tərəfindən Şuşanın Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub. Eləcə də Heydər Əliyev Fondu tərəfindən bir neçə tarixi abidənin əsaslı bərpadan sonra açılışı olub. Bütün bunlar Böyük Qayıdışa xidmət edən mühüm addımlardır. Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını yalnız öz iqtisadi resursları hesabına, heç bir beynəlxalq təşkilatdan kömək almadan həyata keçirir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfər edən Prezident İlham Əliyev də bildirib ki, Qarabağda infrastruktur tam bərpa olunacaq. 

Qarabağ onilliklər boyu ağır məşəqqətlərə dözdü. Bu yerlər indi intibahın şahididir. Bölgədə yollar, məktəblər, xəstəxanalar, evlər müasir dizaynla və təkmilləşdirilmiş şəkildə yenidən qurulur, bu da Qarabağın nəinki bərpasını, həm də gözəlləşməsini təmin edir.

Təbii ki, bütün bu inkişafdan təhsil də kənarda qala bilməzdi. Bu baxımdan Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Hələ 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, işğal dövründə isə fəaliyyətini dayandırmışdır. Qarabağ Universiteti məhz 1969-cu ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir. Tələbələrin akademik inkişafına dəstək məqsədilə müasir standartlara uyğun universitet kitabxanasında Azərbaycan, türk, ingilis və rus dillərində dərslik və digər ədəbiyyatlar toplanıb.

Qarabağ Universitetinin açılışı 2024-cü il 20 sentyabr tarixində, dövlət suverenliyinin bərpasının birinci ildönümündə Prezident İlham Əliyevin iştirakı ilə baş tutdu. Cənab Prezidentin açılış mərasimində səsləndirdiyi “Ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir” ifadəsi universitetin inkişafı üçün aydın yol xəritəsi oldu.

Qarabağ həqiqətən də çiçəklənir. Bir vaxtlar baxımsız qalan münbit torpaqlar indi yenidən becərilir və kənd təsərrüfatı məhsuldarlığında artım vəd edir. İş yerlərinin yaradılması və əlavə investisiyaların cəlb edilməsi üçün sənaye zonaları yaradılır.

Regionun sürətlə gəncləşməsi onu göstərir ki, strateji planlaşdırma, beynəlxalq əməkdaşlıq və xalqın sarsılmaz ruhu ilə hətta tam dağıdılmış ərazilər belə yenidən çiçəklənə bilər. Bir sözlə, məhvdən gəncləşməyə gedən yol davam edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see157

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see155

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri