Icma.az
close
up
RU
Zəhərlənmiş güzgü Nəzrin Abbaslı yazır

Zəhərlənmiş güzgü Nəzrin Abbaslı yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əgər gün ərzində KİV-dən izlədiyiniz, oxuduğunuz xəbərlərin əksəriyyətinin sizi aldatdığını bilsəydiniz, onları yenə də oxuyardınızmı?!

Media təkcə informasiya mənbəyi deyil. O, ictimai rəyə təsir edən, dəyərləri formalaşdıran, cəmiyyətin düşüncə strukturunu yönləndirən güclü bir vasitədir. İdealda media - hakimiyyətin nəzarətçisi, vətəndaşların səsi və həqiqətin axtarıcısı olmalıdır.

Lakin obyektivlik, dəqiqlik və qərəzsizlik kimi prinsiplər çox vaxt qeyri-peşəkarlar tərəfindən pozulur. Belə olduqda, media artıq həqiqəti işıqlandırmaqdan çox, ictimai şüuru manipulyasiya edən bir vasitəyə çevrilir.

Mediada manipulyasiya nədir?

Manipulyasiya - ictimai rəyə təsir etmək məqsədilə məlumatın qəsdən təhrif olunması, seçilərək və ya emosional çalarlarla təqdim olunmasıdır. Məqsəd, insanların düşüncə və davranışlarını istənilən istiqamətə yönləndirməkdir. Sosial şəbəkələrin və kütləvi informasiya vasitələrinin sayının və təsir dairəsinin artması ilə daha da geniş yayılmışdır.

Manipulyasiya müxtəlif formalarda özünü göstərir:

Dezinformasiya - Şüurlu şəkildə yayılan yanlış məlumatlardır. Müxtəlif maraqlar üçün cəmiyyətin bir hissəsini aldatmaq, yanlış rəy yaratmağına səbəb olmaq məqsədi daşıyır.

Misinformasiya - Jurnalistikanın dəqiqlik prinsipinə əməl etməyərək yayılan yanlış məlumatlardır. Niyyət pis olmasa da, fakt yoxlanılmadan yayıldığı üçün insanlar bu məlumatı həqiqət kimi qəbul edə bilər.

Aldadıcı başlıqlar - Şokedici və ya sensasiya dolu başlıqlarla oxucunun diqqətini cəlb etmək məqsədi güdür. Bu tip başlıqlarla xəbərin məzmunu uyğun olmaya bilər və əsas məqsəd məqaləyə baxış sayını artırmaqdır.

Propaqanda - Müəyyən maraqları qorumaq, ona xidmət etmək üçün məlumatın təhrif və ya şişirdilmiş şəkildə təqdim edilməsidir. 

Xüsusilə uşaq zorakılıqları, cinayəti kimi həssas mövzularda sensasiya xətrinə etik kodekslərə əməl olunmaması, gizli manipulyasiya etik kodekslərin gözlənilməməsi ikinci dəfə qurbanın zərər görməsinə səbəb olur; Beləliklə, cinayət, zorakılıq qurbanları sensasiyanın da qurbanı olur.

Zorakılığı gizlədən passiv dil istifadəsi -  Mediada passiv dilin istifadəsi zorakılıq və cinayət hallarını normallaşdıra bilir, çox zaman media istifadəçiləri də bunun qurbanı olur. Məsələn, “13 yaşlı qız hamilə qaldı” ifadəsi, zorakılıq faktını gizlədərək, cinayətkarı yox, qurbanı ön plana çıxarır. Halbuki düzgün ifadə belə olmalıdır: “23 yaşlı kişi tərəfindən zorakılığa məruz qaldı”.

Zorakılıq hallarını “ailə problemi” və ya “şəxsi münasibət” kimi təqdim etmək, sistematik problemlərin üstünü örtür və cəmiyyətin bu hadisələrə olan həssaslığını azaldır. Cinayətkarların mediada “məsum” obrazlarla göstərilməsi də bu manipulyasiya üsullarına daxildir. Bioloji funksiyalarının müəyyən bir səviyyəyə gəlməsi demək, cəmiyyətə və həyata tam hazır olmaq demək deyil. Çox zaman bu kimi həssas mövzularda uşaqların seksualizasiyası qarşılaşdırılır, bəraətləndirilir, manipulyasiya edilir, əsas faktı kənarda qoyur.

Son dövrlərdə Azərbaycan televiziya kanallarında yayımlanan ailə-məişət verilişləri, sözünü ucaltmağa yox, səsini ucaltmağa çalışan “aparıcılar” sanki yalnız süni teatr ssenarisi yox, həm də manipulyasiya üzrə ixtisaslaşmış şəxslərdir. Süni səhnəcik, baş rollarda peşəkar obrazında görünməyə çalışan mövzuya ciddiyyət qatmağa çalışan “təlxəklər”...

Mediada son vaxtlar sanki dəbə düşən bu məqamlar sadəcə, məzmunun təhrif edilməsi, dezinformasiya ilə həyata keçirilmir, emosiyaların sui-istifadə edilməsi, düşünmək gücümüzün əlimizdən alınması, şüuraltına təsir etmək, düşüncə tərzini formalaşdırmaqla həyata keçirilir. Əslində problem, birmənalı olaraq, təkcə efirdə çığıran aparıcıda olmayıb, onun auditoriyasında da olub. Hər çıxışı müzakirəyə çevirən, gündəmi ona verən, düşünmədən qəbul edən kütlə özü də bilmədən manipulyasiyanın əsas hədəfi də, dayağı olur. Medianın tələblərinə cavab verən mövzuları təqdim edən peşəkarlar artıq azlıq təşkil edir və hər kəsin sadəcə  “şöhrət” və “reytinq” uğruna girməyə çalışdığı mübarizədə onlar əslində daha çox “səssiz” qalır. Media cəmiyyətin güzgüsüdürsə, bəs biz özümüzü orada niyə tapa bilmirik? Bəlkə də o güzgünü sındırmaq, arxasındakı “canavarları” da görmək gərəkdir! O güzgünün arxasındakı savadlı, peşəkar, tənqid mədəniyyətinin nə olduğunu bilən şəxslərlə, eyni zamanda sağlam tənqid ənənələri, media savadlılığı yüksək cəmiyyətlə sındıra bilərik. Əks halda, “ekspert” adı ilə mikrofon önündə hayqıran hər kəs, manipulyasiyanı normallaşdırmaqda, etik kodeksləri pozmaqla öz “layiqli” yerini tutacaq. Biz isə baxdıqca susacaq, susduqca zəhərlənəcəyik...

Məsələ burasındadır ki, şöhrət dalınca düşən, jurnalistikanın prinsiplərini, peşə incəliklərini savadlı şəkildə dərk etməyən kəslər, bilməyərəkdən mikrofon əllərində cəmiyyətin məsuliyyətini öz üzərinə götürür. Nəticədə, jurnalistikaya inanan, onun sağlam paradiqmalarını qəbul edən cəmiyyətin yanlışlığa istiqamətlənən faciəsi başlayır...

“Mənim həyat təcrübəm çoxdur”, “İnsanlara təsir etməyi bacarıram”, “Altı universitet oxumuşam”, - deyib yanlış informasiyanı cəmiyyətə sırımaqla məşğul olanlar, jurnalistika ixtisasını təlimsiz bir formaya endirirlər. Və sonra manipulyasiyanın yayılma sürətinə təəccüblənirik.

Obyektivlik, qərəzsizlik, dəqiqlik kimi prinsipi fundamental anlayışlardan xəbərsiz olan şəxslər, bəzən sadəcə sensasiya, reytinq naminə məlumat yayaraq cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edirlər. Nəticədə, jurnalistikanın cəmiyyətdəki maarifləndirici, informativ və nəzarətedici funksiyası arxa plana keçir. Əgər bu sahəyə giriş daha ciddi tənzimlənsə, yalnız bu işin peşə məsuliyyətini anlayan şəxslər mediada istər rəhbər vəzifələrdə, istərsə də sıravi əməkdaş kimi fəaliyyət göstərsə, medianın səviyyəsi, cəmiyyətin maraqları da yüksələr. “Qoyunların çobanları idarə etdiyi” prinsipi ilə yaşayan, ailə dəyərlərini alçaldan, zorakılığı mediada normallaşdıran kəslər bu qədər ruhlanmaz, manipulyasiya ilə cəmiyyətin şüuru zəhərlənməz, dəyərləri alçaldılmaz...

Nəzrin Abbaslı

Naxçıvan Dövlət Universiteti, “Tarix və filologiya” fakültəsinin “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Aprel 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri