CIDC 2025 kibertəhlükəsizlik festivalının qalibləri müəyyənləşib
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalının çərçivəsində keçirilən "Ağıllı şəhərlərdə kibermüharibə" yarışının qalibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, "Redbox" ("AzInTelecom") komandası birinci, "CyberCell" komandası ikinci, "Bir Sec" komandası isə üçüncü yerin sahibi olub.
Qeyd edək ki, festivalın əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il "Ağıllı şəhərlərdə kibermüharibə" konsepti əsasında həyata keçirilib.
Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə beş xarici komanda iştirak edib. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan komandaları yer alıb.
Əlavə edək ki, qalib komandalar 30 min manatlıq mükafat fonduna (1-ci yer 15 min, 2-ci yer 10 min, 3-cü yer 5 min) sahib olub.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Oktyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















