Icma.az
close
up
RU
“AzInTelecom” “CIDC 2025” kibertəhlükəsizlik konfransında Fotolar

“AzInTelecom” “CIDC 2025” kibertəhlükəsizlik konfransında Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində regionun ən mühüm tədbirlərindən biri hesab olunan “CIDC 2025” 2-ci kibertəhlükəsizlik konfransında tərəfdaş qismində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq təcrübə” panelində çıxış edib.

“Təhlükəsiz rəqəmsal transformasiya üçün “AzInTelecom” həlləri” mövzusunda təqdimat edən T.Məşədihəsənli “bulud” və biometriya texnologiyalarının rəqəmsal mühitdə risklərin azaldılmasında, eləcə də xidmətlərin dayanıqlığının təmin edilməsində mühüm amil olduğunu diqqətə çatdırıb.

Tədbirin ikinci günündə “AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentinin direktoru Ruslan Dadayev “Səni tanıyan şəhər: biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları – hansı daha vacibdir?” panelində çıxış edərək “bulud” infrastrukturunda kibertəhlükəsizlik baxımından həssas məlumatların, o cümlədən biometrik dataların qorunması üçün hansı texnoloji və təhlükəsizlik tədbirlərinin həyata keçirildiyindən danışıb. O, “bulud” mühitində biometrik və digər həssas məlumatların qorunması məqsədilə tətbiq olunan şifrləmə və autentifikasiya texnologiyalarının effektivliyini diqqətə çatdırıb.

Qeyd edək ki, 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi vasitəsilə müştərilərinə etibarlı və dayanıqlı təhlükəsizlik xidmətləri təqdim edən “AzInTelecom” tədbirin gümüş sponsoru qismində çıxış edib. Kibertəhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanmasına xüsusi önəm verən şirkətin əsas məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək göstərmək və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.

“AzInTelecom” haqqında

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik

həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalara liderlik edir.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:302
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri