Icma.az
close
up
RU
Ciddi perspektivlər vəd edən geosiyasi hadisə: Azərbaycan Çin əməkdaşlığının əhəmiyyəti

Ciddi perspektivlər vəd edən geosiyasi hadisə: Azərbaycan Çin əməkdaşlığının əhəmiyyəti

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan Respublikası bütün dünya dövlətləri ilə, o cümlədən Çin Xalq Respublikası ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə əməkdaşlıq etmək niyyətindədir və möhtərəm Prezidentin Çinə cari dövlət səfəri, əslində, həm də ölkəmizin qeyd olunan konstitusion niyyətinin təntənəsi hesab olunmalıdır".

Bunu Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ötən il Astanada Azərbaycan və Çin arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olunub, hazırkı səfər çərçivəsində isə hər iki dövlətin başçısı tərəfindən Birgə Bəyanat imzalanıb və bununla da hərtərəfli strateji tərəfdaşlıq münasibətlərimizin səviyyəsi daha da yüksəlib:

"Azərbaycanla Çin arasında siyasi, iqtisadi, ticari, mədəni, humanitar istiqamətlərdə əməkdaşlığın kifayət qədər geniş spektrə malik gündəliyi mövcuddur. Həm Bakı, həm də Pekin hesab edirlər ki, Azərbaycan və Çin arasında maraqların uzlaşdırılması tam mümkündür və bununla da hər iki dövlətin mənafelərinin təmin olunması ilə yanaşı, ortaya ümumbəşəri niyyətlər naminə ciddi töhfələr qoyula bilər. Bu mənada, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində imzalanan sənədlərin əhatə dairəsinin genişliyi və dövlət başçılarının imzalanan sənədlər üzrə icranın reallaşması baxımından ortaya qoyduğu iradə bütövlükdə beynəlxalq münasibətlər sistemi adına ciddi perspektivlər vəd edən geosiyasi hadisədir".

"Məlumdur ki, Azərbaycan Respublikası və Çin daim bir-birlərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyiblər, hər iki ölkənin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səyləri qəti xarakterə malik olub. Bundan başqa, Bakı və Pekin çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində qarşılıqlı dəstəkdə ehtiva olunan əməkdaşlıq təcrübəsinə malikdir. Azərbaycan Prezidenti ilə görüşdə, Çin liderinin də ifadə etdiyi kimi, Pekin Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyindən məmnundur, həmçinin Çin COP29 çərçivəsində Azərbaycanın fəaliyyətlərini yüksək qiymətləndirdiyini birmənalı şəkildə bəyan edib", - müsahibimiz deyib.

O, Azərbaycan Prezidentinin zamanında reallaşdırdığı və geosiyasi xarakter daşıyan Çinin "Bir kəmər, bir yol" layihəsinin region üzrə realizəsində önəmli və hətta həlledici hab rolunu oynamaqda olduğunu əlavə edib:

"Qeyd olunanları nəzərə alaraq birmənalı şəkildə əminliklə demək olar ki, Azərbaycan və Çin arasında əməkdaşlıq bütövlükdə Cənubi Qafqaz tarixində istər qlobal inteqrasiya, istərsə də yeni investisiya mühitinin canlanması baxımından strateji xarakterə malikdir. Azərbaycan Prezidentinin elə səfərin ilk günündə reallaşdırdığı təmaslar və keçirdiyi görüşlər isə artıq yalnız ikitərəfli xarakterlə məhdudlaşmayan Bakı-Pekin münasibətlərinin bütövlükdə beynəlxalq hüquq adına önəmli perspektivlər vəd etdiyini göstərməkdədir".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri