Icma.az
close
up
RU
Azərbaycan Afrika əməkdaşlığının əhəmiyyəti Ekspert açıqlayır

Azərbaycan Afrika əməkdaşlığının əhəmiyyəti Ekspert açıqlayır

Icma.az, 525.az saytına istinadən bildirir.

Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir. Ölkəmiz adətən çoxvektorlu xarici siyasətində dünyanın güc mərkəzləri ilə münasibətlərə böyük əhəmiyyət verib. Amma son zamanlar Azərbaycanın xarici siyasətində yeni istiqamətlər açılıb və burada fəallıq özünü göstərir. Düşünürəm ki, yeni istiqamətlərdən biri də Afrika ölkələri ilə münasibətlərdir.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli deyib.

Afrika ölkələri ilə münasibətlərin inkişafını vacib edən məqamlara toxunan ekspert  ilk növbədə münasibətlərin həm siyasi, həm iqtisadi tərəflərinə diqqət çəkib:

“Siyasi  baxımdan qeyd etmək istəyirəm ki, Azərbaycan harada yerləşməsindən asılı olmayaraq bütün dünya dövlətləri ilə münasibətlər qurmağın, əlaqələri inkişaf etdirməyin tərəfdarıdır və ölkəmiz olduqca fəal bir diplomatiya, xarici siyasət həyata keçirir. Afrika ölkələri ilə münasibətlərə həm də bu kontekstdən yanaşırıq. Məlum olduğu kimi Afrika ölkələrinin əksəriyyəti həm də Qoşulmama Hərəkatında təmsil olunurlar. Azərbaycan son illər Qoşulmama Hərəkatının işinə mühüm töhfələr verib. Ölkəmiz bu quruma çox uğurla sədrlik edib. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlərlə münasibətlərindən hesab edirəm ki, həm siyasi olaraq özü, həm də bu qurumda təmsil olunan ölkələr faydalanıblar”.

M.Məmmədli xatırladıb ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra da Qoşulmama Hərəkatına daxil olan bir sıra ölkələr Azərbaycanı beynəlxalq müstəvidə dövlətimiz üçün vacib olan məsələlərdə müdafiə ediblər.

“Həmçinin Afrika ölkələri ilə münasibətlərin digər vacib siyasi tərəflərindən biri də ondan ibarətdir ki, Azərbaycan dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan dövlətlərdən biridir, xüsusilə əsrlər boyu istismar edilən bir çox fundamental hüquqlardan - siyasi, iqtisadi, mədəni hüquqlardan məhrum edilən xalqların yanında olduğumuzu daim nümayiş etdiririk. Bu işdə də bilirsiniz ki, Azərbaycanın xarici siyasəti, diplomatiyası xeyli fəaldır və həmçinin biz məhz Afrika ölkələri ilə münasibətlərdə də bu məsələyə xüsusi diqqət yetiririk. Yəni, Afrika ölkələrinin müstəqilliyinin qorunması, möhkəmlənməsi, onların müstəmləkə, istismar obyekti olmaması üçün Azərbaycan da öz töhfəsini verməyə çalışır. Bu işdə onları müdafiə edir, bütün bunlarla bərabər təbii ki, Azərbaycanla Afrika ölkələri arasında münasibətlərin həm də iqtisadi tərəfləri var. Buna misal olaraq qeyd etmək istəyirəm ki, hər iki tərəf - həm Azərbaycan, həm də Afrika ölkələrinin iqtisadi münasibətləri  inkişaf etdirmək üçün ciddi potensialı var”, - ekspert söyləyib.

Əlavə edib ki, son zamanlar bir sıra Afrika ölkələri liderləri, o cümlədən Somali, Qvineya-Bisau prezidentləri Azərbaycanda səfərdə olublar: “Bu səfərlər zamanı əldə olunan razılaşmalara baxsaq görərik ki, bir çox vacib sahələr üzrə əməkdaşlıq müqavilələri, sazişlər imzalanıb. Kənd təsərrufatı, mədənçilik, təhsil, müdafiə və s. qeyd etmək olar. Düşnürəm ki, elə bu istiqamətlər üzrə də biz əlaqələrimizi inkişaf etdirəcəyik və bu münasibətlərdən hər iki tərəf, həm Azərbaycan həm də Afrika ölkələri qarşılıqlı fayda götürə bilərlər”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Fevral 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri