Icma.az
close
up
RU
Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb problemləri müzakirə olunub

Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb problemləri müzakirə olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda ABŞ-ın Çikaqo Dövlət Universitetinin Sağlamlıq Elmləri və Əczaçılıq Kollecinin professoru Nadeem Fazal ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Azərbaycanda rəqəmsal tibbin problemləri və prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, müasir dövrdə rəqəmsal səhiyyənin inkişaf etdirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti institutda rəqəmsal tibb sahəsində həyata keçirilən elmi tədqiqatlardan söz açaraq, bu elmi müəssisənin alim və mütəxəssisləri tərəfindən rəqəmsal tibb, tibbi demoqrafiyanın formalaşması, rəqəmsal tibdə qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı müəyyən nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, süni intellekt, “data science”, təbii dilin emalı, kiberfiziki sistemlər, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası istiqamətində aparılan tədqiqatlar haqqında məlumat verib.

Müasir dövrdə qlobal çağırışlar kontekstində süni intellektin tibdə tətbiqi məsələsinin daha da aktuallaşdığını vurğulayan akademik Rasim Əliquliyev ölkəmizdə tibbi informatika, rəqəmsal səhiyyənin formalaşması sahəsində institutsional tədbirlərin görülməsinin, yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini önə çəkib.

Sonra professor Nadeem Fazal çıxış edərək tədbir iştirakçılarına elmi-pedaqoji fəaliyyəti, tədris və tədqiqat sahəsindəki nailiyyətləri haqqında məlumat verib, təhsil prosesinin səmərəliliyinin artırılması, əlçatanlığın və keyfiyyətin yüksəldilməsində innovativ təlim mexanizmlərinin tətbiqindən bəhs edib. Həmçinin mikrobiologiya, immunologiya, fiziologiya və yoluxucu xəstəliklərlə bağlı apardığı tədqiqatlar, bu sahələrdə süni intellekt texnologiyalarının tətbiqi ilə əldə olunan nəticələrdən danışıb.

Alim “Səhiyyənin gələcəyi: fərdiləşdirilmiş tibb” mövzusunda məruzəsini təqdim edərək müasir dünyada tibb sahəsində gedən proseslərdən söz açıb. O, artıq tibb təhsilinin ənənəvi modellərlə məhdudlaşmadığını, bu sahədə yeni istiqamətlərin formalaşdığını və süni intellekt texnologiyalarının tətbiqinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Gələcəyin həkiminin insan bilikləri ilə süni intellektin imkanlarını birləşdirəcəyi, tibdə süni intellekt əsaslı yeni diaqnostika imkanlarının formalaşacağı proqnozlaşdırılır. Lakin dəqiq diaqnoz üçün tibbi mütəxəssisin rolu əvəzolunmaz olaraq qalacaq”.

Professor Nadeem Fazal tibdə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də tibb sahəsində müasir təhsil yanaşmaları və tədris keyfiyyətinin artırılması istiqamətində ABŞ təcrübəsindən də bəhs edib, mövcud problemlər və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Daha sonra tədbirdə tibb təhsilinin məzmununun təkmilləşdirilməsi, yeni dərsliklərin hazırlanması, rəqəmsal səhiyyənin rəqəmsal dövlətə inteqrasiyası və s. kimi aktual məsələlərə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Görüş çərçivəsində Çikaqo Universiteti ilə ikitərəfli əlaqələrin qurulması, kadr və təcrübə mübadiləsinin təşkili, birgə tədqiqatların aparılması, qrant layihələrində iştirak, konfransların, seminarların keçirilməsi, o cümlədən əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri