Çin ABŞ dan üz döndərdi: Pekin Vaşinqtonu bu “surpriz ölkə” ilə DƏYİŞDİ KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) alışını dayandıraraq yeni marşrutunu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yönəldib.
KONKRET.az xəbər verir ki, Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) bu məqsədlə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə beşillik tədarük müqaviləsi imzalayıb.
2026-cı ildən qüvvəyə minəcək müqaviləyə əsasən, Çin Milli Dəniz Neft Korporasiyası hər il Abu Dabi Milli Neft Şirkəti 500 min ton təbii qaz alacaq. Bu saziş Çin və BƏƏ arasında imzalanan üçüncü LNG tədarük müqaviləsidir.
Çinin ABŞ-dan LNG idxalını dayandırması Donald Tramp dövründə başlanan ticarət müharibələrinin nəticəsidir. Trampın tətbiq etdiyi tariflərə cavab olaraq Çin bir sıra əks tədbirlər görür və enerji təchizatında alternativ bazarlara yönəlir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Aprel 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















